Icma.az
close
up
RU
Yeni ildən yanacağın qiyməti bahalaşacaqmı? İqtisadçıdan DANIŞDI

Yeni ildən yanacağın qiyməti bahalaşacaqmı? İqtisadçıdan DANIŞDI

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər mətbuatda 2026-cı ilin əvvəlindən etibarən yanacağın bahalaşacağı ilə bağlı xəbərlər yayılmaqdadır. 

Sitat.info xəbər verir ki, bunu yanacaqdoldurma məntəqələrində çalışanlar da inkar etmirlər. Belə ki, bəzi əməkdaşlar Yeni ildən 10 qəpik bahalaşma olacağını iddia edirlər. 

Bəs görəsən, bu artım iddiaları nə dərəcədə realdır və yanacağın bahalaşması üçün iqtisadi əsaslar varmı? Hansı növ yanacağın qiyməti daha çox arta bilər? 

Məsələ ilə bağlı Sitat.info-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  qeyd edib ki, benzinin qiymətinin bahalaşacağı xəbərləri ümumiyyətlə avtomobil yanacağı kimi istifadə olunan benzin növlərinə aiddir: "Bunlar əsasən Aİ‑95 (premium benzin) və Aİ‑92 (normal benzin) ola bilər. Dizel yanacağı ayrıca qeyd olunarsa, ona ayrıca təsir göstərir. Yəni, xəbərdə konkret növ göstərilməyibsə, bahalaşma əsasən avtomobil benzini üçün nəzərdə tutulur. Benzinin qiymətinin artmasının əsas səbəbləri xam neftin dünya bazar qiymətinin yüksəlməsi, valyuta məzənnəsinin dəyişməsi, dövlət vergiləri və aksizlərin artması, emal və logistika xərclərinin çoxalmasıdır. Geosiyasi gərginliklər də qiymətə təsir göstərə bilər".

İqtisadçı bildirib ki, Azərbaycan əsasən öz neftini istehsal edir və birbaşa xaricdən xam neft almır: "Amma benzinin qiymətinə təsir edən amillər hələ də mövcuddur, çünki ölkədə istehsal olunan neftin dünya bazar qiyməti, valyuta məzənnəsi, vergilər və emal xərcləri qiyməti müəyyən edir. Sadə desək, bizim benzinin qiyməti dünya bazarı və daxili xərclərdən asılıdır, amma birbaşa idxal olunan neftdən deyil. Amma özümüz istehsal edirik, buna görə də vətəndaşın yanacağı nisbətən əlçatan olmalıdır".

Gülxar,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sitat.info
archiveBu xəbər 02 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri