Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? ŞOK İDDİA
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Yanacaqdoldurma məntəqələrində keyfiyyətsiz və kəsirli yanacaq satışı istehlakçı hüquqlarını ciddi şəkildə pozur”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib.
Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində (YDM) müxtəlif keyfiyyətli yanacaqların satılması, həcmin dəqiq ölçülməməsi (kəsirlə vurulması), müxtəlif qatqılardan istifadə olunması və yanacağa havanın qatışdırılması kimi hallar istehlakçıların hüquqlarını bir neçə istiqamətdə pozur: Toyuqlu pizza
“İlkin olaraq, bu durum bazarda asimmetrik informasiyanı dərinləşdirir ki, bu da ümumilikdə iqtisadiyyat üçün zərərli faktor hesab olunur. Digər tərəfdən, istehlakçının fərdi hüquqları birbaşa tapdanır; çünki o, aldığı məhsulun keyfiyyəti və dəqiq miqdarı barədə dürüst məlumat almaq imkanından məhrum edilir. Nəticədə sürücülər daha aşağı keyfiyyətli və az həcmli məhsul üçün daha çox vəsait ödəməli olurlar”.
Ekspert qeyd edib ki, bu hal, eyni zamanda, istehlakçıların dərhal fərqinə varmadığı daha ciddi texniki və maliyyə problemlərinə yol açır:
“Keyfiyyətsiz yanacaq nəqliyyat vasitələrində müxtəlif fəsadlar törədir: filterlərin tez çirklənərək sıradan çıxmasına və mühərrik yağının keyfiyyətinin sürətlə aşağı düşməsinə səbəb olur. Sürücülər mühərrik yağını vaxtından əvvəl dəyişmək məcburiyyətində qalır ki, bu da əlavə maliyyə itkisi deməkdir. Sürücülər arasında aparılan müşahidələr də göstərir ki, müxtəlif yanacaqdoldurma məntəqələri arasında təklif olunan yanacağın keyfiyyəti baxımından kəskin fərqlər mövcuddur”.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 30 Oktyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















