Yanan evə köməyə gəldilər, tüstüdən zəhərləndilər VİDEO
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tovuzda vətəndaşa məxsus fərdi evdə yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini İlham Əhmədova məxsus iki mərtəbəli evin birinci mərtəbəsində ehtimala görə ildırım çaxmasından sonra naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb.
Hadisə baş verən zaman evdə heç kim olmayıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsininin qarşısı alıblar.
Alovu söndürmək üçün köməyə qonşular da gəlib. Nəticədə 10 nəfərə yaxın şəxs tüstüdən zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlara lazımı tibbi yardımlar göstərilib və ambulator şəraitdə müayinə üçün evə buraxılıblar.
Hadisənin dəqiq baş vermə səbəbləri Tovuz Rayon Polis şöbəsində araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialını təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 20 İyul 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















