Aktauda bu dəfə azərbaycanlılar Qazaxıstana köməyə gəldilər
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanın Aktau şəhərində yaşayan azərbaycanlı diaspor nümayəndələri Xəzər sahilində axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə hərbçilər və xilasedicilərə isti yemək, su və içkilər aparıblar.
"Yeni Sabah" xəbər verir ki, yardım diaspor nümayəndələri, restoran sahibləri və digər sahibkarların şəxsi imkanları hesabına təşkil olunub.
Diasporun nümayəndəsi Elmir Şahsuvarovun sözlərinə görə, azərbaycanlılar axtarış-xilasetmə işləri başa çatana qədər xilasedicilərə zəruri dəstək göstərməyə hazırdırlar. Dominos pizza
Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Mangistau vilayətində keçirdiyi təlimlər zamanı hərbçilər həlak olublar.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində 19 hərbçi dənizə düşüb. Hadisə nəticəsində 12 hərbçinin öldüyü təsdiqlənib, 3 nəfər xilas edilib. Digər hərbçilərin axtarışları davam etdirilir.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğramışdı. Qəzanın fəsadlarının aradan qaldırılmasında xilasedicilərlə yanaşı, yerli sakinlər də köməklərini əsirgəməmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 25 Sentyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















