Yanan maşındakı ata oğulu son anda xilas etdilər Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün saat 09:30 radələrində Bakı-Şamaxı yolunun 93-cü km-də xidmət aparan YPX Alayının III taqımının əməkdaşları hərəkətdə olan “Ford” markalı avtomobildə tüstüləmə müşahidə edib.
“Qafqazinfo” xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanma aşkar edildiyindən dərhal sürücü Kənan Abdullayev və səhhətində problem olan atası nəqliyyat vasitəsindən kənarlaşdırılıb.
Alay əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsi analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















