Icma.az
close
up
RU
Yanaşma qərəzin bariz nəticəsini açıb ortaya qoyur MÜNASİBƏT BİLDİRİLDİ

Yanaşma qərəzin bariz nəticəsini açıb ortaya qoyur MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Cənubi Qafqazla bağlı yeni Amerika Administrasiyası çox praqmatik və rasional olacaq. Çünki faktiki olaraq, Trampın elan etdiyi siyasətin əsas qayəsi münaqişəli vəziyyətlərin qarşısını almaqdır. Yəni müharibələri dayandırmaq, təzadlı və anlaşılmaz məqamların aradan qaldırılması kimi istəklər ondan xəbər verir ki, Tramp dünyaya yeni bir nəfəs gətirmək istəyir. Bunun nəticəsində qarşıdurma meyilləri zəifləsin, əksinə anlaşma, orta məxrəc tapıntıları daha intensiv hal alsın. Bu baxımdan hesab edirəm ki, yeni Administrasiya Cənubi Qafqazda məhz Azərbaycanın aparıcı rolunu bilərək maneə olmamağa çalışacaq. Çünki Azərbaycanda və Azərbaycan ətrafında Cənubi Qafqazda qarşıdurma meyilləri baş qaldırmasın”. Bu sözləri politoloq Tofiq Abbasov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu bir həqiqətdir ki, Ermənistan bu sahədə çox ciddi səylə çalışır və Trampın qəbul etmədiyi Avropa siyasəti də gündəmdən getsin: “Avropa özünəməxsus demandslara baş qoşur, bir yandan Trampa qarşı sistemli fəaliyyət başlayır. Ağ evin yeni sahibi ikinci fövqəldövlət olan Rusiya ilə dil tapsın və ağrılı məsələlərlə bağlı bir konsensus tapsınlar. Amma buradan da Avropa İttifaqı onlara maneəçilik törətməyə çalışır. Xüsusilə də Amerikanı Ukrayna böhranının uzanmasına, davam etməsinə sövq edirlər. Amma Tramp müharibələrin uzanmamasında israrlıdır. Çünki insanlar, xalqlar yorulur, resurslar dağılır və dağıntılar baş alıb gedir. Bunu ancaq xəstə təxəyyüllü insanlar müharibələrin uzanmasını istəyirlər. Cənubi Qafqazla bağlı isə Azərbaycanla Amerika arasında çox etibarlı bir münasibət var. Son vaxtlar Prezident vurğulayırdı ki, Co Bayden Administrasiyası həddən artıq lazımsız işlərə baş qoşur. Digər tərəfdən təhrikçi bir mövqe tuturdu. Üçüncü tərəfdən isə Azərbaycanın mövqelərinə zərər vurmağa çalışırdı. Lakin bu siyasəti alınmadı”.

Politoloqun sözlərinə görə, bu yanaşma qərəzin bariz nəticəsini açıb ortaya qoyur: “Azərbaycan isə heç kəsin problemlərinə toxunmadan, heç kəsə ərazi iddiası irəli sürmürdü. Digər tərəfdən bütün ağrılı məsələlərlə bağlı həmişə dialoq yolu ilə aradan qaldırılması üçün çağırışlar edirdi. Mən belə başa düşürəm ki, Tramp Azərbaycanın sabitləşdirici rolunu kifayət qədər bilir və həm də onu qiymətləndirir. Ona görə də biz 3 istiqamətdə, yəni enerji sektorunda, təhlükəsizliyin qorunmasında və eləcə də azad tərzdə demokratik cəmiyyətlərin qurulmasına diqqət yetirərək ABŞ ilə öz dialoqumuzu yalnız genişləndirməyə israrlıyıq və biz bunu edə biləcəyik. Hesab edirəm ki, Trampın özü də bu proseslərdə çox maraqlı tərəf kimi çıxış edir. Əgər bizim bölgədə problemlər yoxdursa, o zaman Tramp nəyə görə bura müdaxilə etməlidir? O çox gözəl başa düşür ki, Azərbaycanın aparıcı rolu ilə bərabər bölgədə bəzi məqamlar üst-üstə gəldikdə pozitiv bir potensial yaratmağa qadirdirlər. Bu baxımdan ABŞ-nin siyasətində Cənubi Qafqaza heç bir neqativ təsiri olmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri