Icma.az
close
up
RU
AŞPA nın son qətnaməsi qərəzin daha bir açıq nümunəsidir MÜNASİBƏT BİLDİRİLDİ

AŞPA nın son qətnaməsi qərəzin daha bir açıq nümunəsidir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İstər “Human Rights Watch”, istərsə də Avropa Şurasının Azərbaycanla bağlı mövqeyi ikiüzlülüyün və qərəzin növbəti nümayişidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, hər iki qurum indiyə qədərki fəaliyyətləri ilə anti-Azərbaycan mövqeyində dayandığını dəfələrlə sübut edib: "Bu təşkilatlar "demokratiya" və "insan haqları" pərdəsi altında gizlənərək öz bəyanatları ilə Azərbaycana təzyiq göztərməyi hədəfləyirlər.

Görünən odur ki, ayrı-ayrı beynəlxalq qurumlar Azərbaycanın müstəqil siyasət yürütməsini heç bir halda həzm edə bilmirlər. Hər kəs yaxşı başa düşür ki, Azərbaycana qarşı həyata keçirilən bu fəaliyyət heç də insan haqları ilə bağlı deyil. Bu, müstəqil bir dövlətə qarşı təzyiq və şantaj kampaniyasıdır.

İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının müxtəlif qrupların sifarişi əsasənda və müəyyən ianələrin qarşılığında bu və ya digər ölkələri hədəfə alan fəaliyyət sərgilədiyi məlumdur. “Human Rights Watch” da belə təşkilatlardan biridir. Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurlar, ölkəmizin dünyada getdikcə artan nüfuzu, siyasi arenada söz sahibinə çevrilməsi bir çox anti-Azərbaycan dairələrin, erməni lobbisini narahat etdiyi kimi, “Human Rights Watch” kimi təşkilatları da sözün əs mənasında qıcıqlandırır.

İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olduğunu iddia edən “Human Rights Watch” və bəzi digər beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarına nəzər saldıqda ayrı-ayrı dövlətlərə qarşı ikili standartlardan çıxış edildiyi özünü açıq şəkildə göstərir. Sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində də ölkəmizə qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etidirildiyi ortadadır".

Onun sözlərinə görə, “Human Rights Watch” –un öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətin də yer aldığı illik və paralel hesabatlara deyil, şübhəli və qərəzli mənbələrə əsaslanması bunun bariz sübutudur: "O baxımdan da "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı növbəti dəfə qərəzli hesabatı heç də təəccüb doğurmur. Çünki bu təşkilat indiyə qədərki fəaliyyətində də öz hesabatları ilə kimlərinsə maraqlarına xidmət etdiyini sübut edib.

Eyni şeylər Avropa Şurası Parlament Assambleyasına da aiddir. AŞPA-nin son qətnaməsi də qərəzin və manipulyasiyanın daha bir açıq nümunəsidir. Bu qurum öz qətnaməsində erməni hərbi cinayətkarlarının, terroristlərin azad edilməsini tələb edir. Sənəddə iddia edilir ki, Xankəndidəki terrorçu rejimin keçmiş rəhbərləri və digər saxlanılan ermənilər guya "qanunsuz və saxta ittihamlarla" Azərbaycanın həbsxanalarında saxlanılır.

Təsəvvür edin cinayətləri faktlarla ortada olan, dinc əhaliyə qarşı soyqırım həyata keçirən, uşaq, qadın, yaşlı demədən mülki əhalinin hədəfə alınması əmrini verən, separatizmi təbliğ edən və onu maliyyələşdirən, qeyri-qanuni hərbi birliklər yaradaraq ərazilərimizdə terror həyata keçirənlərin azad olunması tələb edilir. Əslində bu fakt özü AŞPA-nın terroru dəstəkləməsi kimi qəbul oluna bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Fevral 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri