Icma.az
close
up
RU
Yandex Sankt Peterburqda çatdırılma robotlarını istifadəyə verib

Yandex Sankt Peterburqda çatdırılma robotlarını istifadəyə verib

Icma.az bildirir, Azvision portalına istinadən.

Şirkətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, layihə Sankt-Peterburq Administrasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bildirilib ki, artıq şəhərin Primorski rayonunda robot-kuryerlə ilk sifariş çatdırılıb. Hazırda robot-kuryerlər hələlik bir mağaza ( "Yandex Lavka" ) üzrə fəaliyyət göstərir. Dekabrın 1-dən etibarən adıçəkilən rayonda daha 4 nöqtədə robot-kuryer xidmətinin işə salınacağı, gələn il ərzində bu sayın təkcə 50-yə çatdırılacağı, eyni zamanda, xidmətin əhatə sahəsinin genişləndiriləcəyi vurğulanır.
Məlumata əsasən, gələcəkdə Sankt-Peterburqun başqa rayonlarında da yeni növ kuryerlərdən istifadə əlçatan hala gətiriləcək.

Xatırladaq ki, "Yandex" dördüncü nəsil çatdırılma robotlarını keçən ayın axırlarında tanıdıb. Bu robotlar ətrafı daha aydın görmə imkanı verən yeni lidar sisteminə, həmçinin çıxarıla bilən akkumulyatora və daha güclü hesablama blokuna malikdir. Hər cür yol və hava şəraitinə, yağıntıya davamlı halda 100% enerji ilə 70 kilometrədək məsafə gedə bilir. Şirkətin avtonom çatdırılma robotları departamentinin rəhbəri Marat Mavlyutov keçən ay gün baş tutan "Yandex Physical AI Conf" konfransında söyləyib ki, artıq beşinci nəslin də hazırlanması üzrə işlər başlayıb.
"Yandex"in sözügedən robotları ilk dəfə 2019-cu ildə Moskvada istifadəyə verilib. 2025-ci ilədək robotlar 250 mindən çox sifarişin çatdırılmasını həyata keçiriblər.
Süni intellektin şüuru varmı? | "Yandex" araşdırır
Son dövrlərdə müxtəlif sahələr üzrə ixtisaslaşmış bir çox şirkət süni intellekt və robotlar hesabına özünün canlı işçi qüvvəsində ixtisarlara gedir. Bu minvalda ABŞ-də fəaliyyət göstərən dünyanın ən böyük onlayn satış şirkəti "Amazon" da yaxın gələcəkdə təqribən 600 min əməkdaşını işdən çıxararaq, onları robotlarla əvəzləməyi planlaşdırır. Maraqlıdır ki, qənaət məqsədilə robotları canlı insan qüvvəsinə dəyişən şirkət bu niyyətini ictimaiyyətdən gizlətməyə, "robot" və "süni intellekt" ifadələri öz məlumatlarında "yüksək avtomatik texnologiya" adı ilə göstərməyə çalışır.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:418
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri