Icma.az
close
up
RU
Yanğın anından video paylaşdı Bu restoranı ittiham etdi

Yanğın anından video paylaşdı Bu restoranı ittiham etdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ötən gecə güclü yanğının baş verdiyi Yasamaldakı çoxmərtəbəli yaşayış binasının sakinləri arasında tanınmış hərbi jurnalist Heydər Mirzə də olub.

“Qafqazinfo” xəbər verir ki, o, hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbədə yerləşən mənzilində olub.

Yanğın anından video paylaşan jurnalist mənzilə hər dəlikdən tüstü daxil olduğunu, 4-cü mərtəbəyə qədər düşə bildiklərini, lakin yenidən çətinliklə evə qayıtmaq məcburiyyətində olduqlarını söyləyib.

“Alovdan ölmək tüstüdən ölməkdən yaxşı imiş... Pişiklər də hərəsi bir tərəfdə gizlənib, bilmirəm haradadılar”, - deyə H. Mirzə bildirib.

Bundan başqa, o, 3 nəfərin ölümü, xeyli şəxsin zəhərlənməsi ilə nəticələnən yanğına görə binanın altında yerləşən “LOFT” restoranını ittiham edib. Jurnalist güclü tüstü ilə müşayiət edilən hadisəyə restoranın səbəb olduğunu iddia edib. Onun sözlərinə görə, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb.

Restoranın binanın qarajının bir hissəsini zəbt etdiyini həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərdiyini iddia edən Heydər Mirzə məsələ ilə bağlı bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etdiklərini əlavə edib. O qeyd edib ki, birinci instansiya məhkəməsi “LOFT”un xeyrinə qərar çıxardığından sakinlər olaraq apellyasiya instansiyasına müraciət etməyi planlaşdırıblar.

Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

Fotoda: Heydər Mirzə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri