Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi barəsində protokol tərtib edilib
Modern.az-ın məlumatına görə, protokol Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən təsdiq edilib.
Məhkəmə sənədlərində qeyd olunur ki, onun “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nı pozması Zəngilan Epidemiologiya Mərkəzinin “Aydın” ticarət mərkəzində yerləşən eyvanında yanğına səbəb olub.
Hadisə 23 noyabr 2023-cü il tarixdə saat 20 radələrində baş verib. Binanın ikinci mərtəbəsinin Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanda, tavan səviyyəsində keçən və gərginlik altında olan elektrik naqillərində yaranmış qısaqapanmadan atılan qığılcımlar döşəmə üzərinə yığılmış yanar maddələri alışdırıb.
Nəticədə həmin vaxt binanın birinci mərtəbəsinin pilləkən qəfəsində olan şəxs xəsarət alıb.
Təqsirləndirilən şəxs məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilib. Eyni zamanda onun haqqında “başqa yerə getməmək haqqında iltizam” seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 15 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















