Icma.az
close
up
RU
Nazirliyin vəzifəli şəxsi nöqsanlara görə cərimələndi

Nazirliyin vəzifəli şəxsi nöqsanlara görə cərimələndi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Qızıldaş Mədəniyyət Mərkəzinin direktor əvəzi Süleymanlı Leyla Zabit qızı barəsində cərimə protokolu tərtib edilib. 

Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Leyla Süleymanlıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb.

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Leyla Süleymanlının isə dövlət qurumunun qərarı ilə razılaşmayaraq, cəriməni ödəməkdən boyun qaçırdığı iddia edilir. O, 2020-ci ildən Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru vəzifəsində çalışır. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən sözügedən şəxsin nümunəvi işçi olması önə çəkilərək, 2024-cü ilin fevral ayından etibarən bir müddət Qızıldaş Mədəniyyət Mərkəzinin direktor vəzifəsini də icra etmək müvəqqəti olaraq Leyla Süleymanlıya tapşırılıb. Leyla Süleymanlı mərkəzdə rəsm müəllimi olaraq çalışmış Əzimov Müslüm Hacıbaba oğlunun şikayəti əsasında cərimələnib. O, Leyla Süleymanlını son əmək haqqını bilərəkdən gecikdirməkdə ittiham edilib. 

Lakin Leyla Süleymanlı əmək haqqlarının verilməsi vaxtının onun səlahiyyətində olmadığını deyərək, gecikməyə görə cərimənin şəxsən ona yazılmasına etiraz edib. Yəni, gecikməyə görə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və idarə rəisi İbrahim Əliyev məsuliyyət daşıyır. 

Məsələ ilə bağlı Qaynarinfo-nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində işçinin əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət daxil olub. Müraciət araşdırılıb və vətəndaşa son haqq-hesabın gecikdirilərək ödənildiyi məlum olub.

Nəticədə Mərkəzin direktoru vəzifəsini müvəqqəti icra edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunub. İnzibati cərimə tənbeh növü tətbiq edilib və tətbiq edilmiş inzibati cərimə tam şəkildə  ödənilib.

Qeyd edək ki, Leyla Süleymanlı hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Əli Əmirov adına Mədəniyyət Sarayının direktorudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri