Icma.az
close
up
RU
Yanımıza gələn hər xəstədə nevroz var NEVROLOQDAN MARAQLI AÇIQLAMALAR

Yanımıza gələn hər xəstədə nevroz var NEVROLOQDAN MARAQLI AÇIQLAMALAR

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nevroz çox geniş yayılan problemdir, müraciət edən pasientlərin əksəriyyətində bu problem qeydə alınır.

Həyəcan nevrozları dövrümüzün bəlasıdır, son illər qadınlarla müqayisədə kişilər arasında daha çox yayılıb".

Bunu APA TV-nin "Öncə sağlıq" proqramında nevroloq, Mərkəzi Klinik Xəstəxananın həkimi Lalə Əliyeva deyib.

Nevrozların bir qisminin genetik olduğunu deyən mütəxəssis bu sırada “sayrışan hallar nevrozu”nu - obssesiv-kompulsiv pozuntuları qeyd edib. Onun sözlərinə görə, nevrozun digər formaları stresslər, psixoloji gərginlik faktorları nəticəsində yaranır.

Mütəxəssis vurğulayıb ki, bölgələrdə, kəndlərdə yaşayan əhali ilə müqayisədə paytaxtda yaşayan əhali arasında nevrozlara daha çox rast gəlinir. Nevroloq bunu sosial, psixoloji  faktorlarla izah edib, informasiya mənbələrinin sayının çoxluğu ilə əlaqələndirib.

Nevrozun əsasının uşaq yaşlarında qoyulması haqda deyilənlərə toxunan mütəxəssis qeyd edib ki, burada valideynlərin rolu çox böyükdür: “Uşağın düzgün tərbiyə olunmaması onda düzgün olmayan xarakterin formalaşmasına və dolayısı ilə gələcəkdə cəmiyyətdə yer tutmasına əngəl yaradır. Bütün bunlar nevrozun ortaya çıxmasına səbəb ola bilər. Nevrozların böyük qismi sosial, psixoloji travmalar nəticəsində yaranır”.

L. Əliyeva deyib ki, nevrozlar funksional xəstəlikdir, bu kimi hallarda beyində hər hansı struktur dəyişikliyi müşahidə olunmur: “Düzdür, nevrozun fonunda ağrılar, məsələn, baş ağrıları yaranır. Bu, ən çox rast gəlinən baş ağrı növüdür. Amma araşdıranda hər hansı pozuntu aşkarlanmır, səbəb sırf psixoloji, sosial faktorla bağlı olur.

Bəzən nevrozu olan xəstə həkimə, mədə, qarın, kürək ağrıları ilə müraciət edir. Amma müayinə zamanı hər hansı pozğunluq qeydə alınmır. 20 ildir kürək ağrılarından əziyyət çəkən, müayinə nəticəsində heç bir problem aşkarlanmayan insanlar da var. Belə xəstələrə nevroz əleyhinə müqayisə aparılanda şikayətləri səngiyir.

Həyəcan nevrozları zamanı ən çox rast gəlinən hallardan biri təzyiqin yüksəlməsidir. Yəni nevroz təzyiqin ən yüksək həddə qədər artmasına səbəb ola bilir. İnsanlar bəzən təngnəfəslik, ürək döyüntüsü şikayətləri ilə kardioloqa müraciət edirlər. Amma illər sonra məlum olur ki, əslində onlarda kardioloji olaraq hər hansı problem yoxdur, sadəcə, nevrozdan əziyyət çəkirmişlər. Ümumiyyətlə, kardioloji müayinəyə gedən insanların 15-20 faizində problem psixoloji səbəbli olur”.

Mütəxəssis nevroloqa müxtəlif səbəblərlə müraciət edən hər xəstədə nevroz əlaməti müşahidə edildiyini açıqlayıb.

Onun sözlərinə görə, nevroz probleminə görə insanlar vəziyyətin pik həddində olduğu dövrlərdə həkimə müraciət edirlər.

Nevroloq onu da deyib ki, statistikaya görə, nevrozun kişilər və qadınlar arasında yayılma faizi bərabər göstərilsə də, son illər həyəcan nevrozları kişilər arasında qadınlarla müqayisədə daha çox yayılıb.

L. Əliyeva daha sonra bildirib ki, qanda olan bəzi parametrlərin, eləcə də D və B 12 vitaminlərinin çatışmazlığı nevroz halının artmasına səbəb olur.

Mütəxəssis vurğulayıb ki, nevrozun qarşını almaq mümkündür: “Amma bir çox hallarda stress faktorları ilə üzləşən insanlar uzun zaman depressiyaya məruz qalaraq həkimə müraciət etmirlər”.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri