Icma.az
close
up
RU
Azərbaycanlı uşaqların Şaxta babaya məktubu Atamın yanımıza qayıtmağını…

Azərbaycanlı uşaqların Şaxta babaya məktubu Atamın yanımıza qayıtmağını…

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Milad ərəfəsi arasındakı gecə evlərə gizlicə girib uşaqlara hədiyyələr qoyan əfsanəvi Şaxta baba haqqında heç vaxt pis bir şey eşitməmişəm. Tək borcu uşaqları xoşbəxt etməkdir. Əlbəttə, Santa Klausun da bəzi meyarları var, yalnız yaxşı uşaqlar hədiyyələrə layiqdirlər. Bunu vermək və almaq balansı kimi düşünə bilərsiniz.
Şaxta babanın hər bir ölkənin mifologiyasında fərqli adı var. Bugün demək olar ki, bütün dünyada uşaqların Şaxta babaya məktub yazmağı ənənəvi bir hal alıb. Hətta məktubu yolkanın altına qoyurlar ki, Şaxta baba məktubu rahatlıqla götürsün. Şaxta baba üçün qurabiyə bişirib yolkanın altına qoymaq ənənəsini də unutmuruq.

Ancaq bir çox uşaq Şaxta babanın varlığına belə inanmır. Çünki valideynləri onlardakı bu inancı sarsıldıblar.

Tribunainfo.az-ın “Uşaqlar ölkəsi” layihəsində bir çox uşaqdan Şaxta babaya məktub yazmalarını istədik.

Həmin məktubları təqdim edirik:

“Salam Şaxta baba. Mənim adım Əhmədov Yusifdir. Mən məktəbliyəm. 2-ci sinifdə oxuyuram. Mənim ürəyim Leqo istəyir. Bir arzum da var, amma gülmə Şaxta baba. Mən özümə qardaş istəyirəm. Bacılarım pisdir, onlar məni döyürlər. Bacılarımla oynamaq istəyəndə mənə icazə vermirlər. Şaxta baba bacılarıma hədiyyə gətirmə. Onlar özlərini bu il pis aparıblar. Keçən il bacılarımın sənə yazdığı məktubu oxudun və hədiyyələrini aldın amma mənim hədiyyəmi almadın. Mən “pazzle” istəmişdim sən tarakan maşın almışdın. Maşın sevmirəm. Bu il mənə iki dənə hədiyyə düşür. Öpürəm səni Şaxta baba, sağ ol”.

“Salam Şaxta baba. Yəqin ki, məni tanıdın. Adım Ceyrandı, 7 yaşım var. Keçən il mənə böyük yolka və oyuncaqlar gətirmişdin. Onda mən qonşugildə idim. Səni görə bilmədim. Bu il qonaq otağında yatacam ki, səni görə bilim. Səni qucaqlayım. Yolkamızın altına süd və qurabiyə də qoyacam yeyərsən. Anam deyir ki, Şaxta baba kasıblayıb, ucuz hədiyyə istə. Amma mən bilirəm ki, sən bütün oyuncaqların adını bilirsən, kasıblamamısan. Səni Şaxta baba çox sevirəm. Mən səndən “quxna seti” və balaca çadır istəyirəm. Anam alan çadır yekədi. Qur deyirəm, qurmur. Balacasın gətir ki, özüm oynamaq istəyəndə qura bilim. Səni çox istəyirəm, sağ ol”.


“Salam, mənim adım Muraddır. 7 yaşım var. Mən 2-ci sinifdə oxuyuram. Mən 2017-ci ildə doğulmuşam. Mən Şaxta babaya inanmıram. Çünki bir dəfə maşında idim, atam da demişdi ki, arxaya baxma. Baxdım gördüm ki, Şaxta babanı atam gətirir. Şaxta baba yoxdur. Mən 2025-ci ilə girmək istəmirəm. Çünki xatirələrim 2024-cü ildə qalacaq. Mənim ən yaxın dostumun adı Fəriddir. Onunla çoxlu xatirələrim var”.


“Salam Şaxta baba, necəsən? Mənim adım Nihaddır. 2-ci sinifdə oxuyuram. Səndən hədiyyə gözləyirəm. Mən “Tomas” istəyirəm, bacıma da Elza barbisi gətirərsən. Amma biz bayramda kəndə, babamın yanına gedəcəyik. Amma gələndə hədiyyəmizi götürəcəyik. Bizə abur-cubur da gətirərsən. Hədiyyələrimizi yolkamız divanın yanındadı, ora qoyarsan. Sağ ol”.

“Salam Şaxta baba. Mənim adım Çiçəkdir. Məktubum azca cırılmışdı deyə tulladım. Bu təzə məktubumdur. Mən sehirli güc və rəngli karandaş seti istəyirəm”.

“Mənim adım Fəriddir. 8 yaşım var. Şaxta babaya inanmıram. Ona bəbələr inanır. Mən bəbə deyiləm. Bilirəm ki, Şaxta babaya məktub yazsam da heç nə olmayacaq”.

“Salam Şaxta baba. Mənim adım Həcərdir. Şaxta baba xahiş edirəm, mən bir dənə qız oyuncağı və anamın sağlamlığını istəyirəm. Evdə anama kömək edirəm. Mən uşaqların xoşbəxt olmağını istəyirəm. Əziz Şaxta baba sənin gəlməyini səbirsizliklə gözləyirəm. İstəklərimin içində barbi də var. Mən 3-cü sinifdə oxuyuram. Mənim 8 yaşım var”.

“Salam Şaxta baba. Mənim adım Yusifdir. Mənim 10 yaşım var. 5-ci sinifdə oxuyuram. Mən həm də məktəbdə əlaçıyam. Mənim balacalıqdan xəyalım odur ki, itim olsun. Mənə zəhmət olmasa it gətirərsən. Bir də qışda özünlə birlikdə ölkəmizə qar gətirərsən”.

“Salam Şaxta baba. Mənim adım Həsəndir. 7 yaşım var. 2-ci sinifdə oxuyuram. Dərslərimi oxumuram. Yeni ildə mənə pultlu təyyarə gətir. Səni səbirsizliklə gözləyirəm. Atamın bizim yanımıza qayıtmağını istəyirəm. Atamla anam yanımızda olsun. Yazan Həsən”.

Hazırladı: Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri