Icma.az
close
up
RU
Yanlış yolun sonuna çatanların aqibəti

Yanlış yolun sonuna çatanların aqibəti

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan rəhbərinin kəskin mövqeyi İran rejimini geri çəkilməyə məcbur etdi

Dünən İranın Naxçıvan hava limanına dronla zərbə endirməsi xəbərini eşidəndə, video-reportajları izləyəndə yadımıza dahi yazıçı Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti və onun motivləri əsasında çəkilən film düşdü. Əgər cinayət törədilibsə, onu törədən gec, ya tez öz cəzasını almalıdır. Həmin an cinayəti törədən qaçıb uzaqda gizlənə, arxalı və qorunan ola bilər, amma zaman daşları ələyir, o məqamı yetişdirir və sonda mütləq ədalət mühakiməsi qurulur. Bu dəyişməz postulatı fərdlərə, xalqlara, rejimlərə, hətta böyük imperiyalara da şamil etmək olar. Dünyanın son 200 illik tarixində baş verənlərə ötəri analitik nəzər yetirmək kifayət edər ki, dediyimizi sübut edən xeyli nümunə ilə rastlaşasan.

Yaxın qonşuların haqsızlığı, nankorluğu, təcavüzü ilə üzləşmək sanki xalqımızın taleyinə yazılıb. Azərbaycan hər zaman qonşuları ilə münasibətlərində səmimiyyət və sədaqət prinsiplərinə riayət edib. Rəsmi Bakı xüsusilə ortaq tarixə, eyni dini inanca sahib olduğumuz cənub qonşumuzla ölçülü-biçili, aramızdakı siyasi sistem və ideoloji üstqurum fərqliliklərini gözləməklə davranmağa çalışıb. Nüvə silahının əldə olunması, qitələrarası ballistik raketlərin istehsalı kimi məsələlərdə Qərblə ortaq dil tapa bilməyən İran İslam Respublikası iqtisadi sanksiyalar və hərbi təhdidlərlə üzləşdiyi məqamlarda Azərbaycan heç vaxt ona qarşı duranların sıralarında yer almayıb. Üstəlik, öz ərazisindən İrana, ümumiyyətlə, üçüncü ölkəyə qarşı istifadə olunmayacağını ən yüksək tribunalardan, həm də dəfələrlə bəyan edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən Təhlükəsizlik Şurasının iclasında bir daha xatırlatdı: “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt, bu günə qədər imkan verməmişik”.

Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın düşmən qüvvələrə, bəd hücumlara cavab verməyə hazır olduğunu da bildirərək qeyd etdi ki, Azərbaycanın “Dəmir yumruğu” belə təcavüzləri Qarabağda olduğu kimi, əzməyə hazırdır. Ali Baş Komandan İran tərəfinin hərbi təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin tam hazırlıq vəziyyətinə gətirildiyini bəyan etdi. Azərbaycan lideri onu da qeyd etdi ki, gözlənilən təhlükələrə cavab olaraq İranla sərhədlər də bağlanır.

Prezident İlham Əliyevin bu sərt ittihamları və təxribatla bağlı qarşı tərəfdən doğru-düzgün izahat, rəsmi üzr istənilməsi və təqsirkarların cəzalandırılması ilə bağlı ciddi tələbi, İran səfirinə XİN-də nota təqdim edilməsi elə həmin gün Tehran rəhbərliyinin geri çəkilməsi və məsələnin araşdırılacağı ilə bağlı açıqlamalar verilməsi ilə nəticələndi.

İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vuraraq Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə etdi. O, İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirdi. Üstəlik, İran naziri yaralanan mülki şəxslərə şəfa dilədi.

İİR-in türk kökənli Prezidenti Məsud Pezeşkianın 2025-ci ildə Azərbaycana iki dəfə səfər etməsi, bu ali təmaslarda ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı nikbin notlara köklənən bəyanatların verilməsi, iki ölkə liderinin qardaşcasına ünsiyyəti hər birimizə böyük ümidlər bəxş etmiş, ürəyimizdə aradakı buzların tam əriyəcəyinə ümidlər yaratmışdı. Fəqət bu yeni şəraitlə heç cüt barışmaq istəməyən hakimiyyətin radikal qanadı ötən ilin yay aylarında və ondan sonrakı dövrdə bizə əsassız ittihamlar irəli sürməyə, dövlətin nəzarətində olan media resurslarının Azərbaycanın rəhbərliyini və xalqını ləkələmək, İranda yaşayan soydaşlarımızın beynini zəhərləmək üçün ölkəmizə qarşı çirkin şər-böhtan kampaniyası aparıldığını da unutmamışıq. Bu faktı xatırladan dövlətimizin başçısı anti-Azərbaycan kampaniyasının səbəbini dəqiq açıqladı: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.

* * *

Açıq yaza bilərik ki, həmin çirkin ideoloji kampaniyaların təşəbbüskarı və idarəedicisi adına İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) deyilən hərbi-siyasi qruplaşmadır. SEPAH indiki müharibə şəraitində faktiki olaraq İran dövlətini idarə edən əsas qüvvəyə çevrilib.

Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəfə alması molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terror kimi qiymətləndirilməlidir. Əslində, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Amma bu qara əməliyyatın xeyir-duasını verən SEPAH onu da unutmamalıdır ki, Azərbaycan ona hücum edənləri həmişə peşman qoyub. Onların da bu qorxaq və riyakar əməlinə görə mütləq peşman olacaqlarına qəti şübhələri olmasın. Nə yazıq ki, bizim şübhələrimiz özünü doğrultdu. Düşünürdük ki, cənub qonşumuzun siyasi isteblişmentindəki islahatçılar qanadının təmsilçiləri ilə yanaşı, Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm Zəfərə qısqanclıqla yanaşan, siyasi hakimiyyəti əlində cəmləmiş ayətullahlar da müəyyən müddət keçəndən sonra bu tarixi faktla, reallıqla barışacaqlar. Nəhayət, Bakının uzatdığı sülh, qarşılıqlı əməkdaşlıq, təmənnasız səmimi qonşuluq münasibətlərini isbatlayan xoşməramlı əlini sıxacaq, yaxın keçmişdə ölkəmizə, o cümlədən xalqımıza qarşı yol verdiyi qələtlərə son qoyacaq, ən azı Allah qarşısında tövbə edəcəklər.

Axı Azərbaycan istər Birinci, istərsə də İkinci Qarabağ savaşında Tehranın yeritdiyi qərəzli, fars şovinizminə söykənən, haylara aşkar rəğbətdən doğan “himayədarlıq” siyasətini unutmağa, molla rejimi üçün üz qarası sayılan həmin səhifələri çevirməyə hazır olduğunu bəyan etdi. 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyində törədilən, mühafizəçimizin öldürüldüyü terror aktını əvvəlcə “ailə-məişət zəminində münaqişə” kimi qələmə verməyə çalışan molla rejiminin riyakarlığını da unutmamışıq. Məhz rəsmi Bakının siyasi qətiyyəti sayəsində qanlı olay araşdırıldı və cinayətkar layiq olduğu cəzasını aldı. Bütün bunlardan sonra da rəsmi Bakı qarşı tərəfin bölgədə və dünyada yeni reallığın formalaşdığını görüb, müasir çağırışları eşidib Haqqın və Ədalətin tərəfində dayanacağını gözlədi, ondan dünəni unudub gələcəyi düşünəcəyini umdu. Onu da etiraf edək ki, Bakı rəsmi, eləcə də xalqımız Tehrandan gözlədiyi reaksiyanın səmimiliyinə axıra qədər inanmaqda çətinlik çəkir, içimizi müəyyən şübhələr gəmirir, bəzən arzuladığımızı gerçəklik kimi qəbul edirdik. İndi məlum olur ki, şübhələrə qəti “yox” deməyən intuisiyamız bizi aldatmırmış. Artıq cənub qonşumuzun sözdə dost, əməldə xainlik etdiyini, əməkdaşlıqdan danışıb təxribata əl atdığını gördük və əmin olduq. Bu ortodoksal-teokratik, qeyri-səmimi rejimə inanmaq əbəs imiş.

* * *

Maraqlıdır ki, başqa vaxt Azərbaycan mövzusunu gündəmdən düşməyə qoymayan İİR-in rəsmi və qeyri-rəsmi KİV-i – xəbər agentlikləri, teleqram kanalları, radioları nədənsə Naxçıvan təxribatı ilə bağlı məlumat və ya açıqlamalar verməyə simiclik edir. Biz, sadəcə, onu güman edə bilərik ki, eyni vaxtda iki dölətlə savaşan İranın yeni rəhbərliyində daxili hakimiyyət bölgüsü tam müəyyənləşmədiyindən qonşularına qarşı açıq hərbi təcavüzün əsaslandırılmasında çətinlik çəkirlər.

Bəli, ABŞ/İsrail–İran hərbi qarşıdurmasının gözlədiyimizdən də təhlükəli şəkil almağa başlaması Azərbaycanı zəruri ehtiyat tədbirləri görməyə vadar edir. Dövlətimizin başçısı vurğuladığı kimi, onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Azərbaycana qarşı törədilən bu əsassız terror aktı ilə, təcavüzlə heç vaxt barışmayacağımızı qətiyyətlə bəyan edən ölkəmizin başçısı bizimlə gücün dili ilə danışmağa çalışanlara layiqli cavabın verilməsi, buna müvafiq tədbirlərin həyata keçirilməsi üçün Silahlı Qüvvələrə zəruri təlimatın verildiyini də vurğulayıb: “Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”.

Beləliklə, təcavüzkarın diplomatik cavabı ən sərt çəkildə verildi. Azərbaycan Prezidentinın hadisə ilə bağlı açıqlamalarından hasil olan nəticə budur ki, Bakı vəziyyətdən asılı olaraq hər cür hərəkət etməyə hazırdır. Yəni bizim üçün kimin kim oduğu gün kimi aydındır və qaradan artıq rəng qalmayıb.

Nobel mükafatlı Markesin məlum əsərinin sonunda qəhrəmanın özü də xeyli əvvəl törətdiyi əməllərin cəzasını aldığına inanmırdı. Onun son ictimai aqibəti gülüşlə müşayiət olunan heyrət və qorxu içindəki miskin görkəmi idi...

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Mart 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri