Icma.az
close
up
RU
Pensiya yaşı çatanların nəzərinə

Pensiya yaşı çatanların nəzərinə

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzən pensiya yaşına çatan vətəndaşlar hansı quruma müraciət etməli olduqlarını, hansı sənədləri təqdim etməli olduqlarını və ümumiyyətlə, prosesi necə başa vurmalı olduqlarını dəqiq bilmirlər. Bu isə onlarda çaşqınlıq və narahatlıq yaradır. Halbuki, hazırda əmək pensiyasının təyin olunması prosesi xeyli sadələşdirilib və əksər hallarda heç bir müraciətə ehtiyac qalmır.

Metbuat.az-ın məlumatına görə, hazırda kişilər 65 yaşına çatdıqda pensiya almaq hüququ qazanırlar. Qadınlar üçün bu yaş 2025-ci il iyulun 1-dən 2026-cı il iyulun 1-dək olan dövrdə 64 yaş 6 ay olaraq müəyyən edilib.

Əgər şəxsin fərdi hesabında yığılmış pensiya kapitalı minimum pensiya məbləğini ödəməyə yetərsə, o zaman əlavə staj tələbi olmadan pensiya ala bilər. Amma kapital kifayət etmədikdə, şəxsin azı 25 il sığorta stajının olması tələb olunur.

2019-cu ildən etibarən Azərbaycanda pensiya təyinatı avtomatlaşdırılmış sistemlə aparılır. Yəni vətəndaş pensiya yaşına çatdığı anda, heç bir sənəd təqdim etmədən və müraciət etmədən onun pensiyası təyin edilir. Bu proses şəxsin elektron sistemdəki məlumatlarına əsaslanır. Əgər pensiya avtomatik təyin olunmazsa, vətəndaş özü müraciət etməlidir. Bunun üçün o, aidiyyəti qurumlara – Dövlət Sosial Müdafiə Fonduna, “DOST” mərkəzinə və ya müvafiq əlaqələndirmə mərkəzlərinə yaxınlaşmalıdır. Bu zaman şəxs müəyyən sənədləri təqdim etməlidir. Onlara şəxsiyyət vəsiqəsi, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya təhsil haqqında sənəd) daxildir. Əgər müraciəti nümayəndə edirsə, bu halda etibarnamə və nümayəndənin şəxsiyyət vəsiqəsi də tələb olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 İyul 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri