Yanvar ayında Çinin “BYD”, “Xreng” və “Li Auto”avtomobillərinin satışları azalıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Yanvar ayında Çinin elektrik mühərrikli avtomobil istehsalçıları “BYD”, “Xpeng” və “Li Auto” şirkətlərinin satışlarında azalma müşahidə edilib, “Nio” və “Xiaomi” isə tədarüklərini əhəmiyyətli dərəcədə artırıb.
AZƏRTAC xəbər verir ki, “BYD” ötən ay 210 min yeni avtomobil satıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,11 faiz azdır. Lakin şirkət ixracını 51,47 faiz artaraq 100 min 482 ədədə çatdırıb.
Yanvarda tədarükləri 34,07 faiz azalan “Xpeng” şirkəti ötən ay cəmi 20 min ədəd avtomobil sata bilib.
“Li Auto” avtomobillərinin satışları isə 7,55 faiz azalaraq 27 min 668 ədədə enib ki, bu da 2025-ci ilin mart ayından bəri ən aşağı göstəricidir.
Buna baxmayaraq, “Nio” yanvar ayında tədarüklərini təxminən ikiqat artıraraq 27 min 182 ədədə çatdırıb. Bir il öncə bu göstərici 13 min 863 ədəd idi.
2024-cü ilin mart ayının sonunda ilk elektrik avtomobili olan “SU7” modelini təqdim edən smartfon istehsalçısı “Xiaomi” ötən ay 39 mindən çox satış həyata keçirib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 70,33 faiz çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 02 Fevral 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















