Yanvarda Bakı metrosundan 17 milyon 600 minə yaxın sərnişin istifadə edib
Icma.az bildirir, 525.az portalına istinadən.
Bu ilin yanvar ayında Bakı metrosundan 17 milyon 595 min 572 sərnişin istifadə edib.
525.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.
Bu ilin ilk ayında sərnişinlər ən çox "Koroğlu" stansiyasından istifadə edib: 1 milyon 589 min 834 sərnişin. Sonrakı yerlərdə "28 May" (1 milyon 455 min 487), "20 Yanvar" (1 milyon 399 min 91), "Nərimanov" (1 milyon 262 min 40) və "Gənclik" (1 milyon 168 min 619) stansiyaları qərarlaşıb. 1 milyon 16 min 596 sərnişin "Neftçilər", 1 milyon 13 min 477 sərnişin "Elmlər Akademiyası", 902 min 682 sərnişin "Əhmədli", 871 min 809 sərnişin "İnşaatçılar", 809 min 825 sərnişin isə "Sahil" stansiyalarından istifadə edib.
Yanvar ayında 5 milyon 136 min 191 sərnişin ödənişi NFC vasitəsilə həyata keçirib. Bu, ötən ilin dekabrı ilə müqayisədə 1,3 % çoxdur. 2026-cı ilin ilk ayında Bakı metrosunda sərnişinlərin 30,02 %-i NFC vasitəsilə ödəniş edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 04 Fevral 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















