Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
"Bakı Metropoliteni" QSC bu ilin aprel ayında 20 510 029 sərnişinə xidmət edib.
SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,11 % çoxdur.
Məlumata görə, aprelin lideri "Koroğlu" stansiyası olub. Ay ərzində stansiyanın 1 824 773 istifadəçisi olub.
Bu ilin ilk 4 ayı üzrə ən çox sərnişin daşınan 3 günün 2-si məhz aprelə təsadüf edir. Belə ki, 3 aprel – 819 536, 18 fevral – 818 376, 2 aprel – 802 283 sərnişin səfər edib.
Bundan başqa, NFC ilə ödənişlərdə artım davam edir. Belə ki, aprel ayında 8 057 376 nəfər bu ödəniş vasitəsindən istifadə edib. Bu, ümümi ödənişli sərnişinlərin 40,3 %-ni təşkil edir.
Ötən ay "Əlçatan metro" xidmətindən istifadə edənlərin sayı artıb və 236 sifariş həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayına nəzərən 35,6 % daha çox olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 05 May 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















