Yanvarın 29 da İrana qarşı yeni sanksiyaları nəzərdən keçirəcəklər
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Aİ xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” iki avropalı diplomata istinadən məlumat yayıb.
Onların sözlərinə görə, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir.
Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti sanksiyalar siyahısına dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir.
Nəşr aydınlaşdırır ki, Almaniya, Fransa və Niderland Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox dəstəkləyir. Lakin “Euractiv” portalının məlumatına görə, Avropa İttifaqı Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) terror təşkilatı kimi tanımaq niyyətində deyil.
Baxış sayı:30
Bu xəbər 16 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















