Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Yanvarın 29 da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Yanvarın 29 da baş vermiş tarixi hadisələr

Icma.az bildirir, Bizim media portalına istinadən.

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsədov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun nəşini tapmaq mümkün olmayıb.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri – kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bildilər. Təyyarənin qalıqları və pilotlardan Ə. Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub, digər pilotun nəşi isə tapılmayıb.

Bəs, yanvarın 29-da dünyada daha hansı hadisələr baş verib?

1. 29 yanvar1547-ci ildə Moskvada çar İvan Qroznının tacqoyma mərasimi keçirilib.

2. 1821-ci ilin bu günündə ilk dəfə Rus dənizçiləri Antarktidaya çıxıblar.

3. 29 yanvar 1833-cü ildə Rusiyada ilk dəfə olaraq Peterburqda şəhər poçt xidməti təsis edilib.

4. 29 yanvar 1896-cı ildə Amerika fiziki Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib.

5. 1886-cı ilin 29 yanvarında Alman maşın mühəndisi və mühərrik dizayneri Karl Benz benzinlə işləyən ilk avtomobilin patentini aldı. Benz 1885-ci ildə satmaq məqsədilə istehsal edilən və benzin mühərriki ilə işləyən dünyanın ilk avtomobili “Motorwagen”i yaratdı. Üç təkərli, öndən döndürülən bu avtomobildə mühərrik arxa tərəfdə, sərnişinlərin tam altında idi.

6. 29 yanvar 1916-cı ildə Almaniya I Dünya müharibəsi əsnasında yeni istehsal edilən dirijabllardan ilk dəfə Parisi bombalamaq məqsədilə istifadə etdi. Bu gün daha çox reklam məqsədi ilə istifadə edilən dirijablların ilk uğurlu uçuşu 1852-ci ildə fransız mühəndis Henri Giffard tərəfindən həyata keçirildi. Hava şarlarının ən uğurlu yaradıcısı olan Qraf Ferdinand Fon Zeppelinin şərəfinə adlandırılan  zeplinlər, yəni dirijabllar müharibə zamanı Parislə yanaşı Londonu da bombaladı. Uzun müddət sərnişin daşımaq məqsədi ilə istifadə edilən bu uçan aparatlar təyyarələrin ortaya çıxmasından sonra 1950-ci illərə çatmadan istehsaldan çıxarıldı.

7. 29 yanvar 1923-cü ildə Türkiyə torpaqlarında yaşayan rumlar ilə Yunanıstanda yaşayan türklərin yer dəyişmələrinə imkan yaratmaq məqsədilə Türkiyə ilə Yunanıstan arasında Lozanna əhali mübadiləsi müqaviləsi imzalandı. Müqavilə 6 avqust 1924-cü ildə qüvvəyə mindi və təqribən 1 milyon rum Yunanıstana, 500 minə yaxın türk isə Türkiyəyə köç etmək məcburiyyətində qaldı. Türkiyədə İstanbul, Gökçəada və Bozcadada yaşayan rumlar, Yunanıstanda isə Qərbi Trakyada yaşayan türklər mübadiləyə daxil edilmədi.

8. 1934-ci il 29 yanvar tarixində beynəlxalq səviyyəli festivalda iştirak edən ilk Türk filmi "Ləbləbiçi xor-xor ağa"nın çəkilişi sona çatdı.  Filmin rejissoru Türk teatrının banisi Muhsin Ərtoğrul idi. Ssenarisi dünyada Mümtaz Osman təxəllüsü ilə məşhur olan Türk şairi Nazim Hikmət tərəfindən yazılan film həmin il 2-ci Venesiya Film Festivalında "Şərəf diplomu"na layiq görüldü.

9. 29 yanvar 1978-ci ildə İsveç Yer kürəsinə gələn zərərli şüaları tutan ozon təbəqəsini dağıdan aerozolların istifadəsini qadağan etdi və bu növ qadağalara imza atan ilk ölkə oldu.

29 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 29 yanvar 1926-cı ildə Xalq artisti, sirk ustası, jonqlyor, illüzionist Xosrov Abdullayev (1926 – 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.

2. 29 yanvar 1927-ci ildə məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Vəkilova (1927 – 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet artisti olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.

3. 29 yanvar 2011-ci ildə Əməkdar rəssam Ənvər Qarayev (18.2.1947 – 2011) vəfat edib. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

4. 29 yanvar 2016-cı ildə Xalq artisti, bəstəkar Musa Mirzəyev (26.1.1933 – 2016) vəfat edib. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

5. 29 yanvar 1950-ci ildə yazıçı-publisist, dramaturq Xeyrəddin Qoca anadan olub. “Hərənin öz payı...”, “Bu bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” və s. pyeslərin müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Yanvar 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri