Icma.az
close
up
RU
YAP Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir

YAP Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının X konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hesabat məruzəsi ilə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir müstəqil Azərbaycanın zəngin siyasi tarixinin ən mühüm səhifələrindən biri olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verir. O, həmçinin qeyd edib ki, rayon təşkilatı fəaliyyətini partiyanın VII Qurultayında qəbul edilmiş qərarlara, eləcə də Partiyanın Sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışından irəli gələn tapşırıq və tövsiyələrə uyğun olaraq qurmuş, partiyanın Nizamnamə və Proqram tələbləri çərçivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Ötən dövr ərzində rayon təşkilatı siyasi-ideoloji fəaliyyət istiqamətində işini daha da genişləndirərək təkmilləşdirmişdir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov vurğulayıb ki, müasir, müstəqil Azərbaycanın inkişafı, tərəqqisi, tarixi uğurlar qazanaraq güclü və qüdrətli dövlətə çevrilməsi Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Natiq vurğulayıb ki, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərində qazanılmış tarixi zəfərlər sayəsində Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyub. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıda duran mühüm hədəflərdəndir.

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, YAP-ın siyasi dinamizmini təmin edən mühüm amillərdən biri uğurlu gənclər siyasətinin həyata keçirilməsidir. Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Deputat qeyd edib ki, YAP Azərbaycanın davamlı, dayanıqlı və dinamik inkişafına ardıcıl töhfələr verməyi başlıca strateji vəzifə və fəaliyyət istiqaməti kimi müəyyənləşdirib. Həmçinin YAP-ın beynəlxalq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi siyasi önəm daşımaqla yanaşı ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfədir.

Sonra Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU Şamaxı filialının  direktoru, partiya fəalı Tünzalə Yusifova, 26 saylı ərazi partiya təşkilatının sədri, Vətən Müharibəsi iştirakçısı Məhəmməd Məmmədov çıxış ediblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatları ilə işin səmərəli təşkili və partiya üzvlərinin ictimai fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib.

Konfransda YAP Şamaxı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri