YAP ölkəmizin inkişafına dəyərli töhfələr verir
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı rayonu, Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, hər bir partiyanın ali məqsədi seçkilərdə iştirak edərək xalqın səsini qazanmaqla onun arzu və istəklərini gerçəkləşdirməkdir. Təşkilat sədri YAP-ın xalqın etimadını layiqincə doğrultduğunu, ümumxalq partiyası və aparıcı siyasi qüvvə kimi uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına dəyərli töhfələr verir”.
Tədbirdə çıxış edən seçki qərargahının üzvü Arzu Cahangirova, bələdiyyə üzvlüyünə namizədlər Əli Kərimov, Heydər Vəliyev, Möhübət Məhərrəmov və Səadət İbrahimova bələdiyyələrin yerli özünüidarəetmə orqanları olaraq bir çox mühüm layihələrin həyata keçirilməsində önəmli rol oynadıqlarını vurğulayıblar. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak edərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Yanvar 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















