Icma.az
close
up
RU
YAP Beyləqan rayon təşkilatının 33 cü ildönümü qeyd olundu Fotolar

YAP Beyləqan rayon təşkilatının 33 cü ildönümü qeyd olundu Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları, gənc və veteran üzvlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məruzə ilə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov partiyanın yaranma zərurətindən, keçdiyi mühüm tarixi mərhələlərdən, rayon təşkilatının fəaliyyəti və qazandığı uğurlardan geniş bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən və bu siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən danışıb.

Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiya rəhbərliyini, üzvlərini və fəallarını təbrik edib. O, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi həyatında müstəsna rolundan, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətlərindən söz açıb. Bildirib ki, partiyanın təsisçisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əziz Əzizov Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərdən, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərindən, həmçinin bu prosesdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından bəhs etdi. Çıxışını Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ilə tamamlayan Əziz Əzizov bildirib ki, YAP bundan sonra da ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynamaqda davam edəcəkdir.

Tədbirdə həmçinin Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, partiyanın fəal üzvləri-Rəşidə Allahverdiyeva, Sənar Kərimov və veteran partiya üzvü Bakir Həsənov da çıxış edərək YAP-ın keçdiyi şərəfli yoldan, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan və əldə olunan nailiyyətlərdən danışıblar.

Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, partiyanın fəaliyyətində xüsusi xidmətləri olan veteran üzvlər fəxri fərmanlarla təltif olunublar. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.












Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Fevral 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri