Icma.az
close
up
RU
YAP böyük inkişaf yolu keçmiş qüdrətli siyasi partiyadır ŞƏRH

YAP böyük inkişaf yolu keçmiş qüdrətli siyasi partiyadır ŞƏRH

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının yaranması ölkənin ən ağır və keşməkeşli dövrünə təsadüf etmişdir. Həmin dövrdə respublikada ictimai-siyasi böhran hökm sürmüş, həmçinin cəbhədə gərgin vəziyyət müşahidə olunmuşdur. Ölkənin taleyini düşünən ziyalılar bu böhrandan çıxış yolu olaraq yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etmişdilər.1992-ci il 16 oktyabr tarixində məşhur “91-lər”in Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciət xalqın ümumi arzu və istəklərini ifadə etmişdir. Müraciətdə Ümummilli Liderdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunmuşdur. Ulu Öndər Heydər Əliyev bu müraciətə cavabında qeyd etmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

21 noyabr 1992-ci il tarixində Naxçıvanda keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı. Konfransda YAP-ın Proqramı və Nizamnaməsi qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Ölkənin siyasi arenasında aparıcı rol oynayan bu partiya qısa müddətdə strateji missiyanı uğurla yerinə yetirməklə, dövlətçilik ənənələrinin inkişafına mühüm töhfələr verdi. Konstruktiv mövqe nümayiş etdirən YAP uğurlu fəaliyyət konteksində cəmiyyətdə böyük nüfuz qazandı.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə anarxiya və xaosa son qoyuldu. Onun qətiyyətli addımları sayəsində Azərbaycanda siyasi sabitlik təmin edilmiş, demokratiyanın inkişafı və hüquqi dövlət prinsiplərinin tətbiqi istiqamətində önəmli addımlar atılmışdır. İqtisadi sahədə liberal islahatlar həyata keçirilmiş, xarici sərmayələr cəlb olunmuş və enerji sektorunda strateji layihə - “Əsrin müqaviləsi” neft sazişi imzalanmışdır. Həmçinin, Ulu Öndərin təşəbbüsü ilə regional infrastruktur layihələri icra edilmiş, təhsil və səhiyyə sahəsində modernləşmə işləri aparılmışdır. Onun rəhbərliyi dövründə dövlətin milli təhlükəsizliyi möhkəmləndirilmiş, Azərbaycan diplomatiyası güclənmiş və ölkənin beynəlxalq nüfuzu yüksəlmişdir. Bu uğurlar Azərbaycanın uzunmüddətli inkişafının möhkəm təməlini qoymuş və sonrakı illərdə dövlət siyasətinin uğurlu davamını təmin etmişdir.

26 mart 2005-ci il tarixində keçirilmiş YAP-ın III qurultayında partiyanın yeni Sədri Prezident İlham Əliyev seçilmişdir. Bu dövr partiyanın dövlət siyasətində strateji rolunun daha da möhkəmləndiyi bir mərhələ kimi tarixə yazılmışdır. Yeni Azərbaycan Partiyasının ölkədə demokratiyanın inkişafına, sosial-iqtisadi islahatların sürətləndirilməsinə və cəmiyyətin siyasi fəallığının artırılmasına yönəlmiş məqsədyönlü siyasəti yeni nailiyyətlərin qazanılmasına yol açmışdır. Partiyanın rəhbərliyi Vətənə sadiqlik, ümummilli maraqlara sədaqət və dövlətçilik prinsipləri əsasında uğurla fəaliyyət göstərmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış, uzun illər işğal altında qalmış torpaqlarımız azad edilmişdir. Həmin amillər yalnız hərbi baxımdan deyil, həm də siyasi, diplomatik və ideoloji sahədə böyük uğur kimi dəyərləndirilmiş, ölkənin beynəlxalq nüfuzunu artırmış və strateji mövqeyini gücləndirmişdir. Müstəqillik illərində yetişən gənclər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirmişlər. Onların vətənpərvərlik hissi, hərbi hazırlığı və milli həmrəyliyi şanlı Qələbənin əldə olunmasında mühüm rol oynamışdır.

2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında partiyanın yeni Nizamnaməsi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərlik Veteranlar Şurası təsdiq olundu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. VII qurultay partiya üzvlərinin cəmiyyətin və dövlətin müxtəlif sahələrində islahatların aparılmasında fəal iştirakını təmin etdi, milli həmrəyliyin güclənməsinə və siyasi dialoqun dərinləşməsinə xidmət etdi. YAP bu qurultaydan sonra həm milli, həm də beynəlxalq tendensiyaları nəzərə alaraq siyasətini daha adekvat şəkildə qurdu, dövlətin milli maraqları əsasında beynəlxalq əməkdaşlıq vektorunu müəyyən etdi.

2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatları ölkənin ərazi bütövlüyünün təmin olunmasında tarixi əhəmiyyət kəsb etdi. Bu tədbirlər nəticəsində separatizmin qarşısı alındı, dövlətin idarəçiliyi bütün ərazilərimizdə bərpa edildi və ölkənin təhlükəsizlik sistemi möhkəmləndirildi.

Zəfərdən sonra keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri siyasi sistemin güclənməsini və demokratik legitimliyin təmin olunmasını təmin etdi. 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində YAP-ın namizədi, cənab İlham Əliyev 92,12% səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclis seçkilərində YAP parlamentdə 68 millət vəkili ilə təmsil olunma hüququ qazandı. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində partiya qələbə əldə edərək yerli özünüidarəetmə sistemində üstünlük qazandı.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasi xətt Prezident İlham Əliyevin dövründə davamlı olaraq inkişaf etdirildi. Yeni Azərbaycan Partiyası həm dövlətin, həm də cəmiyyətin dayanıqlı inkişafının dayağı oldu. Yeni Azərbaycan Partiyası yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də nüfuzlu siyasi təşkilatlardan biri kimi tanınır. Dünyanın aparıcı siyasi partiyaları ilə əməkdaşlıq əlaqələri genişləndirilir, beynəlxalq siyasi birliklərdə fəal təmsilçilik həyata keçirilir. Bu əməkdaşlıq dövlətimizin xarici strategiyasının daha çevik və səmərəli şəkildə reallaşdırılmasına töhfə verir.

Partiyanın yeni strateji hədəfləri dəqiq müəyyənləşdirilib və ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə uzlaşır. Bu gün Yeni Azərbaycan Partiyası dövlətin strateji inkişaf xəttini həyata keçirən, xalqla iqtidar arasında etimad münasibətlərini daha da möhkəmləndirən, dövlətçiliyin dayaqlarını gücləndirən aparıcı siyasi qüvvə kimi tarixi missiyasını uğurla davam etdirir.

Mehman Ramazanov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Noyabr 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri