Icma.az
close
up
RU
YAP zəngin ənənələri olan partiyadır ŞƏRH

YAP zəngin ənənələri olan partiyadır ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu gün nəinki ölkəmizin, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il keçir. YAP-ın yaranması ölkəmizin həyatında dönüş nöqtəsidir. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra 7 ay keçmədi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin çıxışlarında bu məqam xüsusi yer tutur ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.

Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir. Artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Belə insanlara xalq tərəfindən inam ola bilərdimi?

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün sıralarında yüz minlərlə üzvü birləşdirir. Bu, xalqın Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamının ifadəsidir. Xalqın YAP-a inamı və etimadı sonsuzdur. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəf, eyni zamanda, məsuliyyətdir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Yarandığı gündən Azərbaycanın bu günü və gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçkilərdə böyük uğur qazanmasında bu amilin rolu böyükdür. Dünənin, bu günün və gələcəyin partiyası kimi mövqeyini möhkəmləndirən YAP daim irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə diqqətdə olub. 34 ildə partiyanın keçirilən seçki proseslərinə qatıldığı şüarlara diqqət yetirsək görərik ki, hər dövrün çağırışlarını özündə əks etdirir, yeni vəzifələri qarşıya qoyur. Azərbaycanın müstəqillik tarixinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının tarixi mühüm hadisələrlə, uğurlarla zəngindir.

Yeni Azərbaycan Partiyasının 2021-ci ilin 5 mart tarixində keçirilən VII Qurultayı, həmçinin bu ilin 2 oktyabr tarixində keçirilən VIII Qurultayı hər bir hədəfə ardıcıllıqla nail olmağımız fonunda ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı reallıqlara və onların əsasında müəyyənləşdirilən vəzifələrə işıq saldı. Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev VIII Qurultaydakı çıxışında “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var” söyləyərək bu mühüm reallığı da diqqətə çatdırdı ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində uğurla inkişaf edir. Son 23 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımların, görülən işlərin əsasında qazanılan uğurların zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dayanır. Son 6 ilin mühüm reallıqlarından biri Böyük Qayıdış Proqramının uğurlu icrası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. YAP-ın yeni Proqramında əksini tapan əsas hədəflərdən biri məhz budur. 34 il gələcək üçün möhkəm təməldir. Yeni Azərbaycan Partiyası bu illər ərzində tarixin bütün sınaqlarından şərəflə çıxaraq yeri və rolunu möhkəmləndirdi, cəmiyyətin avanqard qüvvəsinə çevrildi. YAP zəngin ənənələri olan partiyadır. Partiyanın gələcəyinə inam böyükdür. Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin davamı olaraq dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri