YAP çı millət vəkili Zəfər Günü münasibətilə su açılışında Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
8 Noyabr - Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Səhləbad kəndində 500-dən artıq sakinə texniki su xətti çəkilib.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Mərasimdə çıxış edənlər bu layihənin Zəfərin beçinci ildönümü kimi əlamətdar bir tarixə təsadüf etməsindən böyük qürur duyduğunu bildirib, Vətən müharibəsində qazanılan qələbənin ruhuna uyğun olaraq, bölgələrimizin və yaşayış məntəqələrimizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd edilib ki, istismara verilən bu yeni su xətti 100-dən çox ailənin təmiz və fasiləsiz su təminatı ilə bağlı problemini həll edir. Onlar “Böyük Qayıdış” siyasətinin yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, bütün regionlarda həyata keçirilməsinin bariz nümunəsidir deyə kənd sakinlərini su çəkilişi münasibətilə təbrik ediblər, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















