Icma.az
close
up
RU
YAP Sabunçu rayon təşkilatı Zəfər Günü münasibətilə tədbir keçirdi FOTOLAR

YAP Sabunçu rayon təşkilatı Zəfər Günü münasibətilə tədbir keçirdi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirib.

"Unikal" xəbər verir ki, tədbirdə, həmçinin Oskar Əfəndiyev küçəsi 24 ərazi partiya təşkilatının sədri Şəhla Məmiyevanın “Sənə Zəfər yaraşır” adlı kitabının təqdimatı olub.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. A.Xudadanov vurğulayıb ki, kitabda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti sayəsində şanlı ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs olunur.

Çıxış edən 2 nömrəli Doğum Evinin rəhbəri Səadət Şamilova qeyd edib ki, bu kitab gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaq.

Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elmira Həsənqızı, Əməkdar artist Mətanət İsgəndərli, 290 nömrəli orta məktəbin müəllimi Mətanət Cabbarova, bədii qiraətçilər  - Ləman Səlimova, Fidan Ağazadə çıxış edərək bildiriblər ki, kitabda Vətən müharibəsindəki şanlı Qələbənin memarı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu fəaliyyəti ətraflı işıqlandırılıb.

Kitabın müəllifi Şəhla Məmiyeva Zəfər Gününün, xalqımızın uzun illər arzusunda olduğu azadlıq və ərazi bütövlüyünə qovuşması yolunda apardığı şərəfli mübarizəni əks etdirdiyini, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi olduğunu vurğulayıb. 

Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri