Icma.az
close
up
RU
YAP Daşkəsən rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

YAP Daşkəsən rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 11-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar Partiyanın rayon təşkilatının qərargahında yubiley tədbiri keçirilib. Tədbirdə Daçkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, partiya fəalları, o cümlədən ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini anıblar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək deyib:

- Sizi Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının təsis olunmasının 30-cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimiz naminə fəaliyyətinizdə hər birinizə davamlı uğurlar, yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı, ailə xoşbəxtliyi arzulayıram!

Bu gün qürurla qeyd etdiyimiz YAP Daşkəsən rayon təşkilatının təsis olunmasının 30 illik yubileyi eyni zamanda Daşkəsən rayonunda dövlətçilik ideyalarına, milli maraqlara və siyasi sabitliyə öz töhfəsini verən dərin köklü ictimai-siyasi ənənənin parlaq təzahürüdür. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyinin çətin dövründə təsis edilən YAP Daşkəsən təşkilatı o vaxtdan bəri rayonumuzda Partiyamızın ideyalarının güclənməsinə, əhali ilə Partiya arasında əlaqələrin möhkəmlənməsinə xidmət göstərir.

Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni bir mərhələ başlandı. 1992-ci ilin o ağır, keşməkeşli dövrlərində – ölkənin siyasi və iqtisadi sabitliyinin pozulduğu, müstəqilliyimizin təhlükə altına düşdüyü bir vaxtda xalq öz nicat yolunu Heydər Əliyev dühasında gördü. 91 görkəmli ziyalının tarixi müraciətindən sonra Ulu Öndər “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə çıxış edərək, xalqı ətrafında birləşdirdi və Yeni Azərbaycan Partiyasının əsasını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bu hadisə Azərbaycanın siyasi həyatında dönüş nöqtəsi idi. Halbuki həmin dövrdə ölkədə xaos, siyasi parçalanma və dövlət idarəçiliyində hərc-mərclik hökm sürürdü. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Ölkənin müstəqilliyinin və suverenliyinin real təhlükə altına düşdüyü belə bir zamanda YAP-ın yaranması xalqın sabitlik və inkişafa olan ümumi istəyinin ifadəsi olmaqla yanaşı, həmçinin xalqın ümumi çağırışına verilmiş cavab idi.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanda parçalanmaqda olan dövlətçilik bərpa olundu, hüquqi-siyasi sabitlik təmin edildi, ordu quruculuğu istiqamətində sistemli addımlar atıldı, Ermənistanla cəbhədə atəşkəsə nail olundu və ölkənin dağılmaq təhlükəsi aradan qaldırıldı. Azərbaycanın daxili və xarici siyasət kursu müəyyənləşdirildi, Konstitusiyanın qəbul edilməsi, iqtisadi islahatların aparılması, beynəlxalq əlaqələrin qurulması və neft strategiyasının həyata keçirilməsi kimi taleyüklü məsələlər həll edildi. Heydər Əliyevin müdrik siyasi liderliyi sayəsində Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin böyük hissəsinin etimadını qazandı və dövlətçiliyin möhkəmlənməsi, milli maraqların qorunması və ölkənin inkişaf istiqamətlərinin müəyyən olunmasında əsas siyasi qüvvəyə çevrildi.

2003-cü ildən etibarən bu müqəddəs missiyanı möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir və əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyasını müvəffəqiyyətlə reallaşdırır. Müasir müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı böyük nailiyyətlər, həmçinin erməni işğalçıları üzərində əldə edilmiş mütləq tarixi Zəfər, bütün ölkə ərazisində suverenliyimizin bərqərar olunması məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi partiya olmaqla, Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir. Yarım milyondan artıq azərbaycanlını ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası əslində hər bir azərbaycanlının partiyasıdır.

Yeni Azərbaycan Partiyasının son illərdə daha da dinamikləşməsi və müasir çağırışlara uyğun fəaliyyət göstərməsi prosesində partiyanın rəhbər strukturlarında aparılan dəyişikliklər mühüm rol oynamışdır. Xüsusilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevanın partiyanın idarəçiliyində fəal iştirakı bu baxımdan xüsusi qeyd olunmalıdır. Mehriban xanım Əliyeva həm dövlətçilik sahəsində, həm də humanitar və ictimai sferada dünyamiqyaslı böyük nüfuza malik şəxsiyyətdir. Onun partiya rəhbərliyində təmsil olunması Yeni Azərbaycan Partiyasının ideoloji, təşkilati və sosial bazasının güclənməsinə, eləcə də fəaliyyət istiqamətlərinin daha da genişlənməsinə şərait yaradıb.

Bu gün YAP müasir dövrün tələblərinə cavab verən, yeniləşən, gəncləşən və güclənən bir partiyadır. Aparılan islahatlar nəticəsində partiya özünü yalnız hakim partiya kimi deyil, eyni zamanda cəmiyyətin problemlərinə çevik reaksiya verən, sosial məsuliyyət daşıyan, xalqla birbaşa təmasda olan bir siyasi qurum kimi təsdiq etmişdir. Bütün bu dəyişikliklərin əsasında isə partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, strateji baxışı və yenilənməyə verdiyi xüsusi önəm dayanır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu il müstəqil Azərbaycan Respublikasının hüquqi təməlini təşkil edən milli Konstitusiyamızın qəbul olunmasının 30 illiyi, habelə Vətən müharibəsindəki şanlı qələbəmizin 5 illiyi tamam olur. Bu mühüm tarixlər fonunda YAP Daşkəsən rayon təşkilatının 30 illiyini qeyd etməyimiz təsadüfi deyil. Çünki YAP Daşkəsən rayon təşkilatı da hüquqi dövlətin qurulması, suverenliyin möhkəmləndirilməsi və xalq-iqtidar birliyinin təşəkkül tapması işinə öz töhfəsini vermişdir.

YAP Daşkəsən rayon təşkilatı Yeni Azərbaycan Partiyasının sıralarında fəal şəkildə təmsil olunur və rayonumuzun ictimai-siyasi həyatında mühüm rol oynayır. 5 mindən çox üzvü özündə birləşdirən YAP Daşkəsən rayon təşkilatı partiyanın proqram və məqsədlərinə uyğun olaraq, dövlət siyasətinin dəstəklənməsi, ictimai təşəbbüslərin həyata keçirilməsi, gənclərin və qadınların partiya həyatına cəlb olunması istiqamətində uğurlu fəaliyyət göstərir. Partiyamızın rayonda üzvlərinin fəaliyyəti təkcə siyasi deyil, sosial, mədəni və vətəndaş məsuliyyəti baxımından da cəmiyyətə nümunə təşkil edir.

Əminəm ki, YAP Daşkəsən rayon təşkilatı bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan vəzifələrin icrasında, ölkəmizin daha da inkişaf etməsi yolunda, ictimai-siyasi fəallığın artırılmasında və milli maraqların qorunmasında fəal iştirak edəcək,  partiyamızın strateji hədəflərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəkdir. 

Qarşımızda yeni daha böyük vəzifələr dayanır. Bu yolda Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının hər bir üzvünün əzmi, sədaqəti və fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bir daha da bu əlamətdar gün münasibətilə sizi təbrik edirəm, suveren müstəqil Azərbaycanımızın güclənməsi, partiyamızın daha da möhkəmlənməsi və Daşkəsənimizin inkişafı yolunda hər birinizə yeni uğurlar arzulayıram!

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə çıxışında Yeni Azərbaycan Partiyasının tariximizin ən mürəkkəb və taleyüklü dövrlərindən birində Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və Azərbaycan ziyalılarının təşəbbüsü ilə tarixi zərurətdən yarandığını diqqətə çatdırıb. 30 il ərzində YAP Daşkəsən rayon təşkilatının keçdiyi şərəfli yola nəzər salan Meydanəli Yolçiyev təşkilatın bütün fəaliyyətinin dövlətə, partiyaya və xalqımıza sədaqətlə xidmətə, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə və Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasi kursun dəstəklənməsinə əsaslandığını qeyd edib.

Partiya veteranı Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev isə çıxışında rayon təşkilatının yaradıldığı dövrdəki ictimai-siyasi vəziyyət və çətinliklərdən bəhs edib. Bu gün Ulu Öndər Heydər Əliyevin həmişəyaşar ideyaları nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini söyləyib. Vurğulayıb ki, YAP qarşısında duran – Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyatın yaradılması kimi əsas vəzifələri uğurla yerinə yetirmişdir.

Digər çıxış edənlər də təsis olunmasının 30 illik yubileyi münasibətilə YAP Daşkəsən rayon təşkilatının ətrafında birləşmiş partiya üzvlərini təbrik ediblər, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri