Icma.az
close
up
RU
YAP Hacıqabul rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib FOTOLAR

YAP Hacıqabul rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib FOTOLAR

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

18 fevral 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək Ümummilli liderin əziz xatirəsini ehtiramla yad etdilər.
Rayon Mədəniyyət evində başlanan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Yeni Azərbaycan Partiyasından bəhs edən qısametrajlı filmin nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov bildirdi ki, YAP-ın yaranması Azərbaycanın yeni tarixinin parlaq bir səhifəsinə çevrilmişdir.
Çünki YAP Heydər Əliyev şəxsiyyətinin cazibəsindən, xalqın istəyindən, xalqımızın Heydər Əliyevə olan inamından, etibarından, sevgisindən yarandı və tarixə də “Heydər Əliyev partiyası” kimi daxil oldu, qısa zamanda xalqın dəstəyini qazanaraq siyasi hakimiyyətə gəldi.
Tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov vurğuladı ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranmış bir partiyadır. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda böyük tarixi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında bu partiyanın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edilmişdir, beləliklə də Yeni Azərbaycan Partiyası yaradılmışdır. Sevindik Hətəmov onu da qeyd etdi ki, 30 il bundan öncə- 18 fevral 1995-ci il tarixində 60 nəfərin iştirakı ilə təsis olunan YAP Hacıqabul rayon təşkilatı hazırda rayonumuzun ictimai-siyasi və mədəni həyatında əsas aparıcı qüvvəyə malikdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü Vahid Novruzov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Səyyad Salahlı çıxışında vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Partiya veteranları Sahib Aslanov və Tamella Ağayeva çıxışlarında bildirdilər ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Çıxış edən natiqlər vurğuladılar ki, Yeni Azərbaycan Partiyası daima partiya sıralarında olan veteranların, qadınların və gənclərin fəaliyyətini diqqət mərkəzində saxlayır. Hər iki natiq çıxışlarının sonunda YAP Hacıqabul rayon təşkilatının 30 illik yubileyi münasibəti ilə bütün partiyadaşlarını təbrik etdilər.
Sonra YAP Hacıqabul rayon təşkilatının təsis edilməsində xidmətləri olmuş partiya veteranlarına qiymətli hədiyyələr təqdim olundu, həmçinin rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildilər. Rayon Mədəniyyət işçilərinin konsert proqramı ilə davam edən tədbir Yeni Azərbaycan Partiyası Himninin sədaları altında sona çatdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri