Icma.az
close
up
RU
YAP ın keçdiyi yol Azərbaycanın dövlətçilik tarixinin salnaməsidir

YAP ın keçdiyi yol Azərbaycanın dövlətçilik tarixinin salnaməsidir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın müstəqillik dövründə Yeni Azərbaycan Partiyasının rolu ölkənin son 33 illik inkişaf yolunu müəyyən edən əsas amillərdən biridir. 1990-cı illərin əvvəllərində siyasi xaos, idarəetmədə səriştəsizlik, separatçı meyllər və iqtisadi böhran fonunda ölkənin gələcəyi sual altında idi. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını zamanın tələbi kimi qiymətləndirdi və siyasi sistemin yenidən qurulmasına başlanğıc verdi. Partiyanın 1992-ci ildə Naxçıvanda təsis edilməsi Azərbaycan üçün sistemli siyasi təşkilatlanmaya keçidin başlanğıcı oldu. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə YAP ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Qısa müddətdə partiya cəmiyyətin müxtəlif təbəqələrini bir ideya ətrafında birləşdirərək siyasi sabitlik yaratdı. Bu sabitlik idarəetmənin bərpası ilə yanaşı, yeni iqtisadi və hüquqi çərçivələrin formalaşmasına da şərait yaratdı. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında YAP müstəqil dövlətin möhkəmləndirilməsi, demokratik institutların inkişafı və cəmiyyətin milli həmrəylik əsasında birləşdirilməsi istiqamətində strateji yol seçdi. Partiyanın qısa müddətdə geniş dəstək qazanması onun yalnız siyasi təşkilat kimi deyil, milli dövlətçilik modelinin daşıyıcısı kimi qəbul olunduğunu göstərdi.Prezident İlham Əliyevin son iki onillikdə həyata keçirdiyi siyasət Azərbaycanın iqtisadi gücünü artırdı, regional liderliyini möhkəmləndirdi, siyasi sabitliyi və təhlükəsizliyi təmin etdi, beynəlxalq əlaqələri genişləndirdi və ordunu yeni keyfiyyət mərhələsinə çıxardı. Bu proseslərin hər biri YAP-ın siyasi dayağı və ideoloji prinsipləri ilə uyğunlaşaraq partiyanı dövlət siyasətinin əsas aparıcısına çevirdi. Partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti sayəsində vətəndaşların böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi. Təsadüfi deyil ki, ölkəmizdə sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli vətəndaşları ümumxalq partiyası olduğunu tarix özü sübuta yetirən Yeni Azərbaycan Partiyasında təmsil olunmaları ilə qürur duyurlar.2021-ci ildə keçirilmiş VII qurultay YAP-ın institusional inkişafının nümunəsidir. Yeni Nizamnamə, İdarə Heyətinin yenilənməsi, Veteranlar Şurasının təsis edilməsi və yeni Proqramın qəbul edilməsi partiyanın strukturunu müasir tələblərə uyğunlaşdırdı, idarəetmədə çevikliyi artırdı. Yeni Proqramın əsas prinsipləri – müstəqillik, dövlətçilik, qanunun aliliyi, varislik, konstruktiv dialoq, sosial ədalət, multikulturalizm və demokratik ənənələrin inkişafı YAP-ın dəyərlərini aydın göstərir. Ölkədə keçirilən seçki nəticələri partiyanın cəmiyyətdəki real nüfuzunu təsdiqləyir. 2024-cü il prezident seçkilərində İlham Əliyevin 92,12% səs toplaması, parlament və bələdiyyə seçkilərində əldə edilən qələbələr YAP-ın geniş sosial bazaya malik olduğunu və cəmiyyətin əsas siyasi dayağı olduğunu göstərir.Bugünkü gündə YAP yalnız daxili siyasətin idarəçiliyini deyil, həm də dövlətin milli maraqlarını qoruyan və beynəlxalq əməkdaşlıq imkanlarını yeniləyən siyasəti davam etdirir. Yeni siyasi mühitin qurulması, dialoqun genişləndirilməsi, təhlükəsizlik sisteminin gücləndirilməsi və postmünaqişə dövrünün tələblərinə uyğun inkişaf strategiyaları partiyanın prioritetləridir.Dövlətçilik prinsiplərinin daşıyıcısı kimi YAP varislik və modernləşməni birləşdirərək Azərbaycanın regionda və qlobal səviyyədə mövqelərini möhkəmləndirir.Hakim partiya müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürərək dövlət müstəqilliyimizin qorunub, möhkəmləndirilməsində müstəsna rol oynayıb. Danılmaz faktdır ki, bir siyasi təşkilat kimi təşəkkül tapan Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi uğurlar, nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir.Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın siyasi kimliyini və tarixdəki rolunu ən dəqiq şəkildə ifadə edir.

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri