Icma.az
close
up
RU
YAP ın Qarabağda ilk yerli təşkilatı Xankəndidə olacaq

YAP ın Qarabağda ilk yerli təşkilatı Xankəndidə olacaq

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.09.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 18167 nəfərdən ibarət 4591 ailənin qayıdışı təmin edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 36012 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 55329 nəfər təşkil edib. 

Artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb. Məhz hazırki situasiya partiyaların öz təşkilatlarını Qarabağ və Şərqi Zəngəzurda qurması məsələsini gündəmə gətirir. Bir sıra partiyalar gələn il üçün işlər planında bunu prioritet kimi qeyd edib.

Bəs hakim Yeni Azərbaycan Partiyası (YAP) nə zaman Qarabağ və Şərqi Zəngəzurda yerli təşkilatını quracaq?

Modern.az-a açıqlamasında YAP-ın İdarə Heyətinin üzvü Azər Badamov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda partiya təşkilatının yaradılması siyasi partiyaların istəyi ilə olmur:

“Siyasi partiyaların yerli təşkilatları həmin partiyaya üzv olmaq istəyən şəxslər olduğu təqdirdə yaradıla bilər. Yeni Azərbaycan Partiyası 745 minə yaxın üzvünü birləşdirən regionun ən böyük siyasi gücüdür. YAP-ın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan inzibati rayonların yerli təşkilatları və kifayət qədər keçmiş məcburi köçkün üzvümüz var. Həm də işğaldan azad olunmuş ərazilərə məskunlaşma genişləndikcə, yerli partiya təşkilatlatlarının da həmin ərazilərə köçürülməsi baş tutacaq”.

A.Badamov vurğulayıb ki, YAP-ın işğaldan azad olunmuş ərazilərə köçürüləcək ilk yerli təşkilatı Xənkəndi şəhərində olacaq:

“Bu gün ən çox məskunlaşmanın həyata keçirildiyi şəhər Xankəndidir. Xankəndində Qarabağ Universiteti də fəaliyyətə başlayıb. Bu baxımdan YAP-ın işğaldan azad olunmuş ərazilərə köçürüləcək ilk yerli təşkilatının Xənkəndi şəhərində olacağını hesab edirəm. Azərbaycan dövləti YAP-ın iqtidarda olmasıyla torpaqları işğaldan azad edərək 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramını uğurla həyata keçirir.  Partiyamız xalqın etimadını qazanıb və  qazanılmış nailiyyətlər işğladan azad olunmuş ərazilərdə yeni üzvlərimizin sırasının genişlənməsinə yol açacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri