Icma.az
close
up
RU
“Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var” ŞƏRH

“Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var” ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 4-də qədim Azərbaycan torpağı olan Xankəndidə dost, qardaş ölkə liderlərinin iştirakı ilə keçirilən bu möhtəşəm tədbir təkcə tarixi, siyasi hadisə deyil, həm də milli qürurun, əzmin və ədalətin təntənəsi idi. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi Zirvə görüşünün Xankəndində keçirilməsi xüsusi rəmzi mənası vardır. Çünki bu torpaqlar uzun illər ərzində düşmən tapdağında idi. Amma Azərbaycan xalqının əzmi, ordusunun gücü, liderinin qətiyyəti ilə azad olundu. Otuz il müddətində Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladı, bir milyondan çox azərbaycanlını dədə-baba yurdlarından didərgin saldı, şəhər və kəndlərimizi, mədəni və dini irsimizi yerlə yeksan etdi.

Azərbaycan xalqı bu illər ərzində işğalla əsla barışmadı və sonda 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məğlub edərək Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Dövlət başçısının apardığı diplomatik bacarıq sayəsində biz torpaqlarımızı işğaldan azad edərək ölkəmizin suvrenliyini tam bərpa etdik. Bu baxımdan Qarabağın şah damarı olan Xankəndində keçirilən bu möhtəşəm tədbir Azərbaycanın tarixi qələbəsinin, suverenliyinin və beynəlxalq mövqeyinin bərpası idi. Digər tərəfdən Xankəndindən verilən mesajlar bütün dünyaya ünvlanmış çağırışların fonunda sülh, inkişaf və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan yeni regional nizamın formalaşdığını təsdiq etdi və bu prosesin mərkəzində məhz Azərbaycanın dayandığını nümayiş etdirdi.

Prezident çıxışında ilk olaraq qeyd etdi ki, Azərbaycan artıq üçüncü dəfədir ki, bu mötəbər tədbirə ev sahibliyi edir. Amma bu dəfə ki, ev sahibliyinin xüsusiliyi təkcə coğrafiyada deyil, tarixdədir. Zirvənin Xankəndində keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, beynəlxalq təşkilatların bu gerçəkliyini qəbul etdiyini və Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bütün dünyaya əks etdirir. Qarabağda quruculuq və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir.

Prezidentin çıxışında diqqət çəkən ən vacib məqamlardan biri də Qərbi Azərbaycan məsələsi ilə bağlı səsləndirdiyi fikirlər idi. Prezident İlham Əliyev çıxışında bu vacib məsələni – Qərbi azərbaycanlıların hüquqlarının bərpasını qətiyyətlə gündəmə gətirdi. İƏT-nın sonuncu toplantısında Ermənistan etnik təmizləmə siyasəti ilə yerindən-yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun 57 üzv ölkə tərəfindən dəstəklənməsi mühüm diplomatik naliyyətdir. Bu, həm də Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanındığının göstəricisidir.

Prezident, həmçinin işğal dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindəndə bəhs edərək bildirdi ki, həmin dövrlərdə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i tamamilə yerlə yeksan edilib, qalan ikisi ilə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, islam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları dəyərdində qiymətləndirmişdir.

İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. İşğaldan azad edilən gündən Azərbaycan o torpaqlarda geniş miqyaslı bərpa və yenidən qurma işləri aparır. Prezidentin qeyd etdiyi kimi böyük qayıdış proqramı çərçivəsində bərpa və quruculuq işlərinin davamı olaraq, həmçinin həmin torpaqlara qayıdış bərpa olunur. Artıq 50 mindən çox vətəndaş ata-baba yurdlarına qayıdıblar.

İlham Əliyevin Xankəndidə çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi diplomatik və iqlim gündəliyi baxımdan Cənubi Qafqaz və daha geniş coğrafiya üçün strateji lider ölkədir. Bu Zirvə görüşü göstərdi ki, Azərbaycan artıq postmünaqişə mərhələsini təkcə yenidən qurma ilə deyil, həm də diplomatik fəallıq və beynəlxalq əməkdaşlıqla müşaiət edir. Xankəndindən verilən bu mesajlar təkcə bölgəyə deyil, bütün dünyaya ünvanlanmış çağırış idi. Xankəndidə keçirilmiş ECO Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan yalnız ərazilərini deyil, həm də beynəlxalq etimadı və dəstəyi qazanaraq regionda sülh və rifahın əsas memarına çevrilib.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri