Icma.az
close
up
RU
YAP ın yaranması milli dövlətçilik tarixində dönüş nöqtəsidir DEPUTAT

YAP ın yaranması milli dövlətçilik tarixində dönüş nöqtəsidir DEPUTAT

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1992-ci il 21 noyabr — müstəqil Azərbaycanın siyasi tarixində taleyüklü qərarların verildiyi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edən mühüm bir gün kimi yadda qalıb. Həmin tarixdə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxaracaq siyasi qüvvənin formalaşması baxımından strateji əhəmiyyət kəsb edirdi. 

Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.”

Yeni Azərbaycan Partiyası ölkənin ən ağır siyasi, iqtisadi və sosial böhranla üzləşdiyi bir dövrdə — dövlətçiliyin təhlükə altında olduğu zaman meydana çıxdı. Məhz belə bir məqamda Azərbaycan ziyalıları milli məsuliyyəti öz üzərinə götürərək ölkəni böhrandan çıxara biləcək yeni siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu təşəbbüsün mərkəzində Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti dayanırdı.

Azərbaycanın yeni siyasi mərhələsinin başlanğıcını qoyan məşhur “91-lər”in müraciəti xalqın iradəsinin ifadəsi kimi tarixə düşdü. Ölkənin tanınmış ziyalıları, nüfuzlu ictimai xadimləri Heydər Əliyevə məktub ünvanlayaraq yaradılacaq siyasi partiyaya rəhbərliyi qəbul etməsini xahiş edirdilər. Bu addım dağıdıcı proseslərin qarşısını alan, milli həmrəyliyi təmin edən dönüş nöqtəsi oldu.

Ulu Öndər Heydər Əliyev müraciətə verdiyi cavabda Yeni Azərbaycan Partiyasının yaradılmasını “obyektiv zərurət” kimi qiymətləndirərək qeyd edirdi ki, belə bir siyasi qurum müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində tarixi rol oynaya bilər.

Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkənin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə Naxçıvanda keçirildi. Konfransda partiyanın Nizamnaməsi və Proqramı qəbul olunaraq partiyanın yaradılması rəsmiləşdirildi. Ulu Öndər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi.

Bu qərar müasir Azərbaycanın siyasi sistemində yeni bir mərhələnin başlanğıcı idi. Beləliklə, dövlətçiliyin xilasında və inkişafında böyük tarixi missiya daşıyan siyasi təşkilat — Yeni Azərbaycan Partiyası formalaşdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qısa müddət ərzində geniş ictimai dəstək qazandı və ölkənin aparıcı siyasi qüvvəsi kimi formalaşdı. YAP həm dövlətçiliyin ideya-siyasi dayağına çevrildi, həm də ölkədə demokratik siyasi mədəniyyətin inkişafına ciddi töhfələr verdi. Zaman keçdikcə partiya ümumxalq partiyasına çevrildi, ölkənin sabit inkişafının təminatçısı kimi çıxış etdi və bu mövqeyini bu gün də qorumaqdadır.

2005-ci il 26 martda keçirilmiş III qurultay YAP tarixində yeni mərhələ açdı: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın sədri seçildi. Prezident İlham Əliyevin YAP-a rəhbərliyi Azərbaycan dövlətçiliyinin yeni inkişaf dövrünü formalaşdırdı. Onun sözləri ilə desək: “2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir… Biz son 17 ildə tarixi uğurlara imza atdıq.”

2021-ci il 5 mart tarixində keçirilən VII qurultay YAP-ın struktur və fəaliyyət mexanizmlərinin yenilənməsi baxımından mühüm qərarlar qəbul etdi: Yeni Nizamnamə təsdiq edildi; 

İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırıldı; Partiyanın Veteranlar Şurası yaradıldı; Mehriban xanım Əliyeva YAP sədrinin birinci müavini təyin olundu. Bu qərarlar partiyanın müasir dövrün siyasi, sosial və geosiyasi çağırışlarına adekvat şəkildə inkişafını təmin etdi. YAP-ın yeni Proqramı partiyanın ideoloji-siyasi xəttini, milli prioritetlərini və strateji məqsədlərini müəyyən edən konseptual sənəddir. Proqramda aşağıdakı strateji dəyərlər əksini tapıb: Heydər Əliyev yolu, Müstəqillik və Azərbaycançılıq, Dövlətçilik və qanunun aliliyi, Varislik və təkamül, Sosial ədalət, Multikulturalizm, Demokratik ənənələrin inkişafı və s. Həmçinin partiyanın fəaliyyətinin 11 strateji hədəfi müəyyənləşdirilib ki, bunlar arasında güclü iqtisadiyyat, insan kapitalının inkişafı, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış xüsusi yer tutur. Prezident İlham Əliyevin siyasi xətti Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ölkədə sağlam siyasi dialoq mühitinin yaradılmasına xüsusi önəm verir. Dövlət başçısının sözləri bu yanaşmanı aydın ifadə edir: Bu prinsip əsasında formalaşan yeni siyasi konfiqurasiya milli həmrəyliyə, inklüziv dialoqa və dayanıqlı inkişaf strategiyasına xidmət edir. Son illərdə keçirilmiş bütün seçkilər Yeni Azərbaycan Partiyasına xalqın yüksək etimadını təsdiqləyir: 2024-cü il prezident seçkiləri: İlham Əliyev – 92,12%,  

2024-cü il parlament seçkiləri: YAP – 68 deputat,

2025-ci il bələdiyyə seçkiləri: YAP – böyük üstünlüklə qələbə. 

Bu nəticələr partiyanın ölkənin siyasi həyatında lider mövqeyini və geniş ictimai dəstək bazasını təsdiqləyir. 1992-ci il 21 noyabrda Naxçıvanda əsası qoyulan Yeni Azərbaycan Partiyası 33 illik fəaliyyəti ərzində müstəqil dövlətimizin formalaşmasında, inkişafında və möhkəmlənməsində əvəzolunmaz rol oynayıb. YAP bu gün də müasir Azərbaycanın siyasi lideri, dövlətçilik maraqlarının təminatçısı və milli birliyin möhkəm dayağı olaraq öz missiyasını böyük uğurla davam etdirir.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri