Icma.az
close
up
RU
YAP Mehdiyev üçün nə zaman toplaşacaq? AÇIQLAMA

YAP Mehdiyev üçün nə zaman toplaşacaq? AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvüdür. Onun partiyadan uzaqlaşdırılacağı bildirilir. Bunun üçün YAP-ın iclası keçirilməlidir.

Modern.az bununla əlaqədar olaraq, YAP İdarə Heyətinin üzvü, deputat Azər Badamovla əlaqə saxlayıb.

A.Badamov bildirib ki, YAP İdarə Heyətinin iclasının çağırılması ilə bağlı məlumat da hələlik gündəmdə yoxdur.

O qeyd edib ki, istintaq prosesi başa çatıb, şəxs haqqında tətbiq olunmuş maddələr üzrə cinayət əməlləri təsdiq olunandan sonra digər məsələlərə baxılması daha düzgündür:

"Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına alınan Ramiz Mehdiyev Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir: 278.1, 274 və 193-1.3.2-ci maddələr. Bunlıar çox ağır maddələrdir.  Burda dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və əmlakı qeyri-qanuni yollarla ələ keçirmək kimi məsələlər öz əksini tapır.  Şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qərarı verilmişdir. İstintaq altında olması azadlıqdan məhrum etmə deyil. Təbii ki, istintaq prosesi başa çatıb  şəxs haqqında tətbiq olunmuş maddələr üzrə cinayət əməlləri təsdiq olunandan sonra digər məsələlərə baxılması daha düzgündür. Çünki, biz hüquqi dövlətdə yaşayırıq.  Hər bir kəs qanun qarşısnda bərabərdir və onun əməllərinə hüquqi müstəvidə qiymət verilir.  YAP öz sıralarında  cinayət məcəlləsinin maddələri ilə məhkum olunaraq azadlıqdan məhrum olunmuş şəxsləri saxlamır və partiya sıralarından xaric edilir. Bu baxımdan məhkəmənin son qərarının gözləməli olduğunu doğru hesab edirəm".  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri