Icma.az
close
up
RU
YAP müstəqilliyimizin dönməzliyinin təminatçısıdır

YAP müstəqilliyimizin dönməzliyinin təminatçısıdır

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Samuxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr edilmiş “YAP müstəqilliyimizin dönməzliyinin təminatçısıdır” adlı tədbir keçirilib.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının əməkdaşları, Samux rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri,YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söz açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Partiyanın bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurğulayan Gündüz Bayramov bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-ci ildönümü münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verdiyini söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, 2020-ci ildə qazandığı şanlı Zəfəri və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, qazanılan uğurların əsasında dövlət başçısının milli maraqlara əsaslanan məqsədyönlü siyasəti və xalq-iqtidar birliyi dayanır.
Daha sonra çıxış edən Samux şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Nuridə Həsənova Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, ölkəmizin hər bir uğuruna töhfəsindən, partiyanın keçdiyi şərəfli yoldan bəhs edib.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətinə görə bir qrup partiya fəalına fəxri fərmanlar, partiyaya yeni üzv qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Təltiflərdən sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Tədbirin sonunda rayon mədəniyyət şöbəsinin kollektivinin təqdimatında bədii hissə təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri