YAP Nərimanov rayon təşkilatında partiyanın veteran üzvü ilə görüş keçirilib
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev partiyanın veteran üzvü, Türk Ağsaqqallar İctimai Birliyinin İdarə heyətinin sədr müavini Eyvaz Hümbətovu doğum günü münasibətilə təbrik edib.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev partiyanın veteran üzvü, Türk Ağsaqqallar İctimai Birliyinin İdarə heyətinin sədr müavini Eyvaz Hümbətovla görüşərək doğum günü münasibətilə təbrik edib. E.Quliyev Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, YAP-ın yaranması və inkişafında, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasında yaxından iştirak edən Eyvaz Hümbətovun fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, partiyanın hər bir vetenran üzvünün fəaliyyəti gələcək nəsillər üçün nümunədir. Təşkilat sədri Eyvaz Hümbətova möhkən can sağlığı, gələcək işlərində uğurlar arzu edib.
Eyvaz Hümbətov göstərilən diqqətə və qayğıya görə Yeni Azərbaycan Partiyasına və Nərimanov rayon təşkilatına öz dərin minnətdarlığını bildirib və qeyd edib ki, bundan sonra da dövlətimizə ləyaqətlə xidmət etməyə davam edəcəkdir.
Sonda Eyvaz Hümbətova Yeni Azərbaycan Partiyasının və Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəal və səmərəli iştirakına görə Fəxri fərman təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Dekabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















