Icma.az
close
up
RU
YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında partiya üzvlərilə görüş keçirilib

YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında partiya üzvlərilə görüş keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 83A” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

ARDNŞ-nin Geofizika və Geologiya İdarəsində keçirilən görüşdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyularaq, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclası giriş sözü ilə ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov açaraq partiya üzvlərini salamlayıb və cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin, şərəfli yoldan danışıb. Bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib.

Çıxışlardan öncə tədbirin sədrliyi partiyanın veteran üzvü, ARDNŞ üzrə ərazi partiya təşkilatının sədri Ağaəli Hüseynova təqdim olundu. Ağaəli Hüseynov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. O, bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. A. Hüseynov qeyd edib ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləməsi vurğulanıb.

Sonra Ağaəli Hüseynov iclasın gündəliyini elan edib. Gündəlikdə olan əsas məsələ ərazi partiya təşkilatına yeni sədrin və müavinin seçilməsinə zərurətin yaranması olub. Gündəlikdə olan məsələlər səsə qoyulub, yekdil səslə Heydər Kazımov ərazi partiya təşkilatının sədri, Ruslan Məmmədov isə sədr müavini seçiliblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərəkbildirib ki, 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrilib və 32 ildir ki, partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni, müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Elçin Quliyev qeyd edib ki, partiyanın  VII qurultayından sonra YAP-da bir sıra mühüm struktur və funksional dəyişikliklər olub. Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış etdiyini təşkilat sədri vurğulayıb.

Elçin Quliyev yeni seçilən heyətə uğurlar arzulayıb və öz tövsiyyələrini verib. Sonda xatirə şəkli çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri