Icma.az
close
up
RU
Siyasi partiyalar üçün ciddi sınaq

Siyasi partiyalar üçün ciddi sınaq

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü bələdiyyə seçkiləri marafonuna qoşulub

Bələdiyyə seçkilərinə sayılı günlər qalır. Hazırda seçkilərə hazırlığın mühüm mərhələsi - təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bütün tədbirlər “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na uyğun olaraq reallaşdırılır. Aparılan müşahidələr isə onu deməyə əsas verir ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazisində baş tutacaq bələdiyyə seçkiləri yüksək rəqabət şəraitində keçəcək.

Siyasi partiyaların yüksək fəallığı

Müasir dövət kimi inkişaf edən müstəqil Azərbaycan demokratik inkişaf yolunu öz siyasətinin əsas priroritetlərindən biri kimi müəyyənləşdirib. Ölkəmizdə dövətin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq 2018-ci ildən etibarən yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində inamlı addımlar atılır. Ayrı-ayrı siyasi partiyaların təmsilçiləri də icra strukturlarında, parlamentdə müxtəlif vəzifələrə irəli çəkilirlər ki, bu da cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirir. Aparılan islahatların məntiqi nəticəsi olaraq ölkəmizdə söz, fikir plüralizmi yüksək səviyyədə təmin edilib, o cümlədən Konstitusiya və digər hüquqi sənədlərlə vətəndaşların seçki hüququ təsbit olunub.

Hazırda respublikamızda siyasi partiyalar üçün çox məsuliyyətli bir dövrdür.Yerli özünüidarəetmə orqanlarının cəmiyyətə ən yaxın icra strukturları olduğunu nəzərə alsaq, deyə bilərik ki, bələdiyyə seçkiləri siyasi partiyalar üçün ciddi bir sınaqdır. Sirr deyil ki, siyasi partiyaların nüfuzu onların seçkilərdə qazandıqları nəticələrlə ölçülür. Hansı partiya yüksək fəallıq göstərirsə və fəaliyyətini milli iradədən, xalqın sosial sifarişlərindən çıxış etməklə qurursa, təbii ki, seçkilərdə həmin partiyanın namizədləri daha çox səs qazanırlar. Əslində, bələdiyyə seçkiləri siyasi partiyaların idarəçilikdə iştirakı baxımından çox önəmlidir. Buna görə də onlar seçki marafonuna daha çox sayda yer qazanmaq əzmi ilə qoşulublar.  Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə müsahibəsində seçkilərə qatılan siyasi partiyaların sayına aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir. Bu da bir ilkdir: “Ötən seçkilərdə siyasi partiyalar bələdiyyə seçkilərinə o qədər ciddi yanaşmırdılar. Lakin bu seçkilərdə 23 siyasi partiya iştirak edir”, - deyə MSK sədri vurğulayıb.

Seçkiləri izləmək üçün 70 mindən artıq müşahidəçinin qeydə alındığını deyən M.Pənahovun sözlərinə görə, xarici müşahidəçilər qeydiyyata alınmayıb. Nəticələrin nə vaxt elan olunacağına aydınlıq gətirən MSK sədri bildirib: “Hesab edirəm ki, səsvermə günü aşkarlıq baxımından bütün tələbləri yerinə yetirəcəyik və yanvarın 29-u axşam və yanvarın 30-da ilkin nəticələri ictimaiyyətə çatdırmağa çalışacağıq. Bələdiyyə seçkilərində bu məsələ bir az çətindir, çünki namizədlərin və seçilənlərin sayı çoxdur”.

Bələdiyyələr necə formalaşacaq?

Aparılan islahat tədbirlərinə uyğun olaraq ölkəmizdə bələdiyyələr yeni qaydalar əsasında formalaşacaq. Kiçik bələdiyyələrin birləşdirilməsi ən mühüm dəyişikliklərdən biridir. Bu, idarəetmənin səmərəliliyinin artırlması və izafi xərclərin aradan qaldırılması nöqteyi-nəzərindən çox vacibdir. Məzahir Pənahov bildirib ki, ölkə üzrə 685 bələdiyyə var, yanvarın 29-da keçiriləcək seçkilərdə bələdiyyələrə 8 min 71 üzv seçilməlidir.

Eyni zamanda, Azərbaycanda bələdiyyələrin yeni tərkibinin ilk iclasının keçirilməsi və sədrinin seçilməsi ilə bağlı qaydalar da təsdiqlənib. Bu, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara edilən dəyişikliyə əsasən mümkün olub. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev müvafiq dəyişikliyin əks olunduğu Qanunu imzalayıb.

Dəyişikliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri