Icma.az
close
up
RU
YAP nümayəndə heyətinin Kubaya səfəri başa çatdı FOTOLAR

YAP nümayəndə heyətinin Kubaya səfəri başa çatdı FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Kuba Respublikasına səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici ticarət və xarici investisiyalar naziri Oskar Perez-Oliva Fraqa ilə görüşü keçirilib.

"Unikal" xəbər verir ki, görüş zamanı Ümummilli Lider Heydər Əliyevin və Kubanın Ali Baş Komandanı Fidel Kastronun xalqlarımız arasında münasibətlərin və ölkələrarası əməkdaşlıq əlaqələrinin qurulmasında tarixi əhəmiyyətə malik müstəsna rolu qeyd olunub. Bu gün dövlət başçılarının məqsədyönlü siyasəti sayəsində ikitərəfli münasibətlərin inkişafının diqqət mərkəzində olduğu vurğulanıb.

İqtisadi-ticari, turizm, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, prioritet hədəflərin reallığa çevrilməsi üçün önəmli potensialın olduğu bildirilərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin Kuba Kommunist Partiyası (KKP) Siyasi Bürosunun üzvü, Kuba Qadınlar Federasiyasının Baş katibi Teresa Amareye Bouye və KKP Mərkəzi Komitəsinin üzvü, Gənc Kommunistlər İttifaqının Baş katibi Meyvis Estevez Eçeveria ilə də görüşləri olub.

Görüşlərdə Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Kubaya səfərinin qarşılıqlı faydalı olacağına və hərtərəfli əməkdaşlığa stimul verərək Azərbaycan-Kuba münasibətlərinə dinamizm gətirəcəyinə əminlik ifadə olunub. Bildirilib ki, YAP ilə KKP arasında Əməkdaşlıq Sazişinin imzalanması dostluq və tərəfdaşlıq əlaqələrinin əsaslarının möhkəmləndirilməsi və işbirliyinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox önəmlidir.

Görüşlər zamanı, həmçinin hər iki ölkədə həyata keçirilən gənclər siyasətindən, o cümlədən gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs olunaraq bu sahədə təmasların sıxlaşdırılmasının vacibliyi vurğulanıb. Əməkdaşlıq Sazişinin icrasının hər iki partiyanın gəncləri arasında əlaqələri gücləndirəcəyinə inam ifadə olunaraq daimi təmaslar fonunda ortaq layihələrin təşkilinin önəmi qeyd edilib.

Nümayəndə heyətinin FIHAV ("Expocuba") sərgisinə ziyarəti də təşkil olunub.

 Səfər noyabrın 27-də başa çatıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Noyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri