Icma.az
close
up
RU
YAP nümayəndələri Çində Beyin Mərkəzlərinin Dialoquna qatıldı

YAP nümayəndələri Çində Beyin Mərkəzlərinin Dialoquna qatıldı

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Partiyadan Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində noyabrın 14-də nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq” mövzusunda keçirilən açılış mərasimi və plenar iclasında iştirak edib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının prezidenti Çen Jounun moderatorluğu ilə keçirilən tədbirdə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao, ÇKP Szyansu vilayət komitəsinin katibi, Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Sin Çansin açılış nitqləri ilə çıxış ediblər. Xalqlar və dövlətlərə qarşı çoxsaylı təhdidlərin mövcud olduğu və qlobal kataklizmlərin hökm sürdüyü hazırkı vəziyyətdə Qlobal Cənub ölkələrinin dünyada sülh, təhlükəsizlik və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, həmrəylik və qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın həyata keçirilməsi üçün səylərinin birləşdirilməsi və ardıcıl fəaliyyət göstərilməsinin əhəmiyyətindən bəhs edilib. Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun Çin və tərəfdaş ölkələri bir araya gətirərək qlobal problemlərin həlli yollarının axtarılması, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması, yeni ideyaların irəli sürülməsi və aktual çağırışlardan irəli gələn təşəbbüslərin reallaşdırılması üçün son dərəcə önəmli platforma olduğu diqqətə çatdırılıb.

Plenar sessiyada nitq söyləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda çıxış etməkdən böyük məmnunluq duyduğunu diqqətə çatdırıb: “Bu gün burada, Nankində bir araya gəlməyimiz qlobal prioritetlərin formalaşmasında, bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirir”.

YAP Sədrinin müavini bildirib ki, dünya əhalisinin yarıdan çoxunu təmsil edən Qlobal Cənub özündə həm də ciddi siyasi və nəhəng iqtisadi resursları cəmləşdirir: “Qlobal Cənub Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi boyunca yerləşən, xalqlarının müxtəlifliyi, mədəniyyətlərinin özünəməxsusluğu, siyasi və iqtisadi sistemlərinin rəngarəngliyi ilə xarakterizə olunan bir çox dövlətləri əhatə edən bir coğrafiyadır. Bu platformada təmsil olunan əksər ölkələrin xalqlarını keçmişdə məruz qaldıqları və bəzilərinə qarşı yeni simada davam edən müstəmləkəçilik və istismar siyasəti birləşdirir. Bununla belə, Qlobal Cənub son dövrlərdə yeni güc mərkəzinə, iqtisadi inkişafın, texnoloji innovasiyaların və sosial tərəqqinin lokomotivinə çevrilmişdir”.

Tahir Budaqov vurğulayıb ki, mövcud beynəlxalq münasibətlər sisteminin böhranı şəraitində qlobal problemlərin artdığı müasir dünyada qarşılıqlı hörmət, ədalət və ortaq məqsədlərə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi olduqca vacibdir: “Bu kontekstdə Çin Xalq Respublikasının rolu xüsusilə diqqətəlayiqdir. Çinin irəli sürdüyü və bir çox ölkələr kimi Azərbaycanın da dəstəklədiyi “Bir kəmər, bir yol” layihəsi Qlobal Cənubla Şimalın qarşılıqlı faydalı tərəfdaşlığını xeyli genişləndirmək potensialına malikdir. Bu layihə qlobal ticarətin ənənəvi marşrutlarını yenidən canlandırmaqla bərabər, qlobal iqtisadiyyatdan tarixən təcrid olunmuş regionlara da infrastrukturun, əlaqələrin inkişafı, rifah səviyyəsinin artırılması üçün yeni imkanlar yaradır. Bu baxımdan, qədim tarixi köklərə söykənən Azərbaycan-Çin münasibətləri bərabərlik, qarşılıqlı faydalılıq və etibarlı tərəfdaşlığın parlaq nümunəsidir. Təsadüfi deyil ki, Çin Azərbaycanın BRICS təşkilatına daxil olmaq təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Qlobal Cənubun yüksəlişinin və yeni dünya nizamının formalaşmasının təzahürlərindən olan BRICS bərabərlik, açıqlıq və əməkdaşlıq prinsiplərinə söykənən ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verməkdədir”.

Tahir Budaqovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək ərazi bütövlüyünün bərpası ilə çoxillik münaqişəyə son qoyan Azərbaycan təkcə öz suverenliyinin deyil, bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın və qətiyyətlə ortaya qoyur. “Multikulturalizm və dini tolerantlığın ardıcıl tərəfdarı olan Azərbaycan 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə bunu əyani şəkildə nümayiş etdirmişdir və bu gün də müxtəlif siyasi və humanitar forumların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməkdə davam edir. Bildiyiniz kimi, hazırda Azərbaycanda dünyanın hər yerindən çoxsaylı dövlət və hökumət başçılarının, yüksəksəviyyəli rəsmi şəxslərin, ekspertlərin, elmi dairələrin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirilir. Bu, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaqla onların həlli yollarını tapmaq, ideya və təcrübə mübadiləsini həyata keçirmək məqsədilə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə Azərbaycanın növbəti töhfəsidir. COP29 tədbiri həm də qlobal kataklizmlərlə mübarizədə səylərin birləşdirilməsi məqsədilə Qlobal Cənub və Qlobal Şimal arasında səmərəli dialoq üçün platformadır.

Bugünkü tədbirdə aparılan müzakirələrin beynəlxalq münasibətlərin bərabərlik, açıqlıq və əməkdaşlıq prinsipləri əsasında qurulması yönündə təşəbbüslərə töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inanıram. Hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”,- deyə YAP Sədrinin müavini əlavə edib.

Tədbirin sonunda Qlobal Cənub Beyin Mərkəzlərinin Alyansının yaradılması haqqında qərar qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 14 Noyabr 2024 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri