Icma.az
close
up
RU
“YAP “qələbələr partiyası” kimi tanınır”

“YAP “qələbələr partiyası” kimi tanınır”

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü, YAP Ağsu rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev qeyd edib ki, Azərbaycanın siyasi tarixinə unudulmaz gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələnin başlanğıcı olub. Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət olmaqla yanaşı, dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsinə çevrilib.
F.Abdullayev vurğulayıb ki, YAP yarandığı gündən bu günə qədər məsuliyyətli və şərəfli yol keçərək siyasi fəaliyyəti ilə xalqın etimadını qazanmış partiyadır. Ulu Öndər Heydər Əliyevin zəngin irsi və Prezident, Partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrəti və beynəlxalq nüfuzu artmaqdadır.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti dövründə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, ümumxalq partiyasına çevrildiyini qeyd edib. O bildirib ki, respublikanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan YAP-ın möhtəşəmliyinin əsas göstəricisi onun milli maraqların ifadəçisi olmasıdır.
Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, partiya veteranı Əli Hüseynov və əməkdar müəllim, partiya veteranı Rəhilə Musayeva çıxışlarında qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti davamlı uğurlarla zəngindir. Bu uğurların əsasında dövlətə və xalqa xidmət prinsipi dayanır. Onlar vurğulayıblar ki, xalqın partiyaya göstərdiyi etimadın bariz nümunələrindən biri YAP-ın ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasıdır. Bu səbəbdən YAP “qələbələr partiyası” kimi tanınır və bu nüfuz gələcək illərdə daha da artacaq.
Daha sonra YAP Ağsu rayon təşkilatının ictimai-siyasi fəaliyyətində fərqlənən üzvlərə fəxri fərman təqdim olunub. Partiyaya yeni qəbul olunmuş gənclərə isə üzvlük vəsiqələri verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Redaktor.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri