Icma.az
close
up
RU
Zəfər və Qələbələr partiyası

Zəfər və Qələbələr partiyası

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, yenicə siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Hər kəsə bəllidir ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdı, həmin dövrdə özünün nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydaları və formalarını müəyyənləşdirdi, müxalifətçiliyin nə demək olduğunu cəmiyyətə nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası göstərdi ki, müxalifətçilik xalqa, dövlətə qarşı olmaq deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi ideyalarla çıxış etmək, cəmiyyətin və ölkənin inkişafı üçün milli maraqlara əsaslanaraq fəaliyyət göstərməkdir.
Ümummilli Lider Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradılanda necə böyük əminliklə “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır” bəyan etmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Azərbaycan dünyaya Günəş kimi doğacaq” əminliyini ifadə etdi. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının bugünkü həyatında, inkişafında öz sözünü deyir. Ümummilli Lider 2003-cü ildə növbəti inamın və etimadın ünvanını göstərərkən cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını nəzərdə tutmuşdu.
2003-cü ildə Prezident seçkilərində cənab İlham Əliyevin hakim partiyanın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı. 2005-ci ildə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin regionun ən güclü siyasi təşkilatı Yeni Azərbaycan Partiyasına Sədr seçilməsi partiyanın həyatında böyük tarixi hadisə oldu.
2021-ci il martın 5-də partiyanın keçirilən VII qurultaydan sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. Bu gün Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.
44 günlük vətən müharibəsində Müzəffər Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yolunda bir çox qəhrəman vətəndaşlarımız kimi Yeni Azərbaycan Partiyası üzvlərinin də sücaət göstərmələri sübut etdi ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Bu nailiyyətlərin, uğurların qazanılmasına səbəb Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir.
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə yüksək tribunalardan səsləndirildiyi kimi, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcək. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyası sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır. Bu gün partiyamızın gücü Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır.
Yeni Azərbaycan Partiyası istər Ulu Öndər Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsi yolunda şərəfli bir yol keçmiş partiyadır. Bu gün də ənənə davam edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasi kurs dövlətimizi gücləndirir, xalqımızın xoşbəxt və firavan yaşamasını təmin edir, Yeni Azərbaycan Partiyasını ölkənin və regionun ən güclü partiyasına çevirir.

Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri