Icma.az
close
up
RU
YAP Səbail rayon təşkilatı Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirib

YAP Səbail rayon təşkilatı Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İyunun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirib.

Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Azərbaycanda səhiyyənin inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə davamlı şəkildə həyata keçirilən geniş məzmunlu sosial siyasətin tərkib hissəsi kimi səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Belə ki, əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Səhiyyənin prioritet sahələri üzrə qəbul edilən Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılaşdırıb.

Təşkilat sədri, tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Haşımova, Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanov və digərləri çıxış edərək ölkəmizdə səhiyyə sahəsinin inkişafından, tibb işçilərinin əməyindən  bəhs ediblər.

Sonda Səbail rayonunun ictimai-siyasi həyatında fəallığına görə bir qrup şəxsə, o cümlədən səhiyyə işçilərinə YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri