Qaradağda ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 18-də Qaradağ Rayon İcra Hakimiyyətində 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev ədliyyə orqanlarının dövlətçiliyimizin möhkəmləndirilməsində, qanunun aliliyinin təmin edilməsində və insan hüquqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin 2000-ci il tarixli 11 noyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar günün ədliyyə işçilərinə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən müasir islahatlar, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup ədliyyə əməkdaşına Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim olunub. Əməkdaşlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulanıb.









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Noyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















