Icma.az
close
up
RU
YAP Səbail rayon təşkilatında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

YAP Səbail rayon təşkilatında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirib.

Bu barədə AZƏRTAC-a YAP Səbail rayon təşkilatından bildirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, bu tədbir çox əlamətdar günə həsr olunub. Qeyd edib ki, Azərbaycanda müəllim peşəsinə daima diqqət göstərilib: “ Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim sənətinə çox böyük qayğı və diqqət göstərilib. Onun rəhbərliyi dövründə ölkəmizdə demək olar ki, hər yerdə məktəblər tikilib, universitetlər açılıb, təhsilə verilən dəyər ən yüksək səviyyəyə qalxıb. Müəllim peşəsini seçən şəxs fədakardır. Bu peşə o qədər incədir ki, əsl müəllim olmaq istəyən şəxs fədakar, dözümlü, uzaqgörən, qayğıkeş və müdrik olmalıdır. Bu cür müəllimlərimiz Azərbaycanda çoxdur. Siyasi varis, tarixi sərkərdə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, dünyanın aparıcı hərbi ekspertləri Azərbaycanın 44 günlük Vətən müharibəsindən danışır. Azərbaycan Ordusundan bir nəfər də fərari olmadı. Bu, Azərbaycan müəllimlərinin yetişdirdiyi gənclikdir".

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə xanım Həşimova çıxışında bildirib ki, müəllimlər, yalnız bilik verən deyil, həm də gənclərə həyatda yol göstərəndir: “Sizlərin fədakarlığı sayəsində gənclərimiz daha bilikli, daha hazırlıqlı olur. Təhsilin keyfiyyəti sosial-iqtisadi inkişafın təməlini təşkil edir. Bu gün cəmiyyətimizdə müasir biliklərə və yeni yanaşmalara ehtiyac var. Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması sahəsindəki fəaliyyətimiz təhsilin inkişafı ilə sıx bağlıdır. Bizim məqsədimiz təhsil sahəsindəki layihələri dəstəkləmək, müəllimlərin peşəkar inkişafına şərait yaratmaqdır. İnanıram ki, bu sahədəki işlərimiz gələcək nəsillərin yetişməsində öz müsbət təsirini göstərəcək. Bu bayram münasibətilə hər bir müəllimi bir daha ürəkdən təbrik edir, onlara sağlamlıq, uğurlar və yeni nailiyyətlər arzulayıram”.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev çıxış edərək deyib: “Ulu Öndərimiz həmişə müəllimləri yüksək qiymətləndirib. Onun çox məşhur kəlamları var. Müəllimlik şərəfli peşədir, müəllimlər cəmiyyətimizin ən müqəddəs üzvüdür. Müəllim gənclərlə işləyib onları həyata hazırlayır. Müəllim peşəsi də çox məsuliyyətli işdir. Son 30 ildə torpaqlarımızın azad olunması ən böyük Qələbə oldu. Prezident də qeyd etmişdi ki, burada gənclərin böyük rolu olub. Ona görə də müəllimlərin torpaqlarımızın azadlığı uğrunda vuruşan gəncləri hazırlamaqda böyük rolu var. Birinci sinifdən onuncu sinfə qəbul, universitetdəki bütün müəllimlərimi xatırlayıram”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Asəf Zamanov qeyd edib ki, müəllimlik peşəsi həm məsuliyyətli, həm də şərəfli bir yoldur: “Müəllimlər, təkcə mühazirələrdə deyil, həyatın müxtəlif sahələrində də gənclərə yön verirlər. Onlar bizə yalnız elmi biliklər təqdim etmir, eyni zamanda, bizə dəyərləri, əxlaqı, müstəqil düşünməyi öyrədir. Son dövrlərdə təhsil sistemimizdə bir sıra islahatlar həyata keçirilir. Bu islahatların məqsədi gənclərimizin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir. Bizim müəllimlər bu islahatların mərkəzində duraraq gənclərimizin müasir dünyaya hazır olmaları üçün çalışırlar”.

6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova bir daha dünyaya gəlsə, yenə müəllim olmaq istədiyini deyib: “Müəllim təkcə öz fənninin ustası deyil, o, şəxsiyyət yetişdirir. Bu gün burada toplaşmağımızın səbəbi bizim cəmiyyətimizin ayrılmaz bir hissəsi olan müəllimləri, onların fədakar fəaliyyətini və əvəzsiz rolunu qeyd etməkdir. Müəllimlər yalnız bilik vermir, eyni zamanda, gənc nəslin şəxsiyyətinin formalaşmasında, onların gələcəyinin qurulmasında mühüm rol oynayırlar.

Tədbirdə Davud Davudov, Dilşad Cavadova, Ülviyyə İsmayılova, İlhamə Bəylərova və Amalya Həsənovaya fəxri fərmanlar verilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri