Icma.az
close
up
RU
YAP ın Səbail rayon təşkilatı Müəllimlər Günü ilə bağlı tədbir keçirdi FOTOLAR

YAP ın Səbail rayon təşkilatı Müəllimlər Günü ilə bağlı tədbir keçirdi FOTOLAR

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı 5 oktyabr Beynalxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirib. 
Demokrat.az
xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 
Tədbiri giriş nitqi ilə başlayan YAP Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev bildirib ki, bu tədbir çox əlamətdar günə həsr olunub. Təbii ki, bu tarix çox əlamətdar idi. Azərbaycanda müəllim peşəsinə daima diqqət göstərilib:
"Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim sənətinə çox böyük qayğı və diqqət göstərilib. Onun rəhbərlik etdiyi dövrdə ölkəmizdə demək olar ki, bütün Respublikada məktəblər tikildi, universitetlər açıldı, təhsilə verilən dəyər ən yüksək səviyyəyə qalxdı. Onun rəhbərliyi dövründə Azərbaycanda təhsil çox yüksək səviyyəyə qalxıb. Həyatda qazandığımız nailiyyətlərə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin zərrəciyi var. "Mən dünyada müəllimdən şərəfli peşə tanımıram". Müəllimlər haqqında deyilən fikirlər həqiqətən də, çox əhəmiyyət kəsb edir. Müəllimlik böyük fədakarlıq tələb edir. Müəllim peşəsini seçən şəxs fədakardır. Bu peşə o incədir ki, əsl müəllim olmaq istəyən şəxs fədakar, dözümlü, uzaqgörən, qayğıkeş və müdrik olmalıdır. Bu cür müəllimlərimiz Azərbaycanda çoxdur.
Siyasi varis, tarixi sərkərdə Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdə hal-hazırda dünyanın hərbi ekspertləri Azərbaycanın 44 günlük Vətən müharibəsindən danışır. Azərbaycan əsgəri, ordusundan bir nəfər də olsun fərari olmadı. Bu, Azərbaycan müəllimlərinin yetişdirdiyi gənclikdir". 
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə xanım Həşimova öz çıxışında bildirdib ki, bu gün burada toplaşmağımızın səbəbi, müəllimlərin əvəzsiz rolunu vurğulamaqdır:
"Beynəlxalq Müəllimlər Günü münasibətilə sizinlə bir araya gəlməkdən məmnunam. Müəllimlər, yalnız bilik verən deyil, eyni zamanda gənclərin həyatında bir yol göstəricisidir. Sizlərin fədakarlığı sayəsində gənclərimiz daha bilinçli, daha hazırlıqlı olur. Təhsilin keyfiyyəti, sosial-iqtisadi inkişafın təməlini təşkil edir. Bu gün cəmiyyətimizdə müasir biliklərə və yeni yanaşmalara ehtiyac var. Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması sahəsindəki fəaliyyətimiz, təhsilin inkişafı ilə sıx bağlıdır. Bizim məqsədimiz, təhsil sahəsindəki layihələri dəstəkləmək, müəllimlərin peşəkar inkişafına şərait yaratmaqdır. İnanıram ki, bu sahədəki işlərimiz, gələcək nəsillərin yetişməsində öz müsbət təsirini göstərəcək.
Bu bayram münasibətilə hər bir müəllimi bir daha ürəkdən təbrik edir, onlara sağlamlıq, uğurlar və yeni nailiyyətlər arzulayıram. Sizlərin fədakarlığına görə təşəkkür edirəm".
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 91-lərin nümayəndəsi Novruz Quliyev çıxış edib:
"Ulu Öndərimiz həmişə müəllimləri yüksək qiymətləndirib. Onun çox məşhur kəlamları var. Müəllimlik şərəfli peşədir, müəllimlər cəmiyyətimizin ən müqəddəs üzvüdür. Müəllim gənclərlə işləyib onları həyata hazırlayır. Müəllim peşəsi də çox məsuliyyətli işdir. Son 30 ildə ən böyük qələbə torpaqlarımızın azad olunması idi. Cənab Prezident də qeyd etmişdi ki, burada gənclərin böyük rolu olmuşdur. Ona görə də müəllimlər torpaqlarımızın azadlığı uğrunda çıxış edən gəncləri hazırlamaqda böyük rolunuz var. Birinci sinifdən onuncu sinfə qəbul, universitetdəki bütün müəllimlərimi xatırlayıram".
Azərbyacan Dövlət Pedaqoji Universitetinin prorektoru professor cənab Asəf Zamanov qeyd edib ki, müəllimlik peşəsi, həm məsuliyyətli, həm də şərəfli bir yoldur:
"Müəllimlər, təkcə mühazirələrdə deyil, həyatın müxtəlif sahələrində də gənclərə yön verirlər. Onlar bizə yalnız elmi biliklər təqdim etmir, eyni zamanda bizə dəyərləri, əxlaqı, müstəqil düşünməyi öyrədir. Son dövrlərdə təhsil sistemimizdə bir sıra islahatlar həyata keçirilir. Bu islahatların məqsədi, gənclərimizin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir. Bizim müəllimlər, bu islahatların mərkəzində duraraq, gənclərimizin müasir dünyaya hazır olmaları üçün çalışırlar".
6-saylı Məktəbin müdiri Gülşən xanım Orucova bir daha dünyaya gəlsə, yenə müəllim olmaq istədiyini deyib. Müəllim təkcə öz fənninin ustası deyil, o, şəxsiyyət yetişdirir:
"Bu gün burada toplaşmağımızın səbəbi, bizim cəmiyyətimizin ayrılmaz bir hissəsi olan müəllimləri, onların fədakar fəaliyyətini və əvəzsiz rolunu qeyd etməkdir. Müəllimlər, yalnız bilik ötürməklə kifayətlənməyib, eyni zamanda gənc nəslin şəxsiyyətinin formalaşmasında, onların gələcəyinin qurulmasında mühüm bir rol oynayırlar".
Davudov Davud Rasim oğlu, Cavadova Dilşad Xudaqulu qızı, İsmayılova Ülvuyyə Ələsgər qızı, Bəylərova İlhamə Əsəd qızı, Həsənova Amalya Murad qızına Fəxri Fərman verilib.
Yeni Azərbaycan Partiyasının himninin səsləndirildikdən sonra sonda xatirə şəkli çəkildi.













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri