Icma.az
close
up
RU
YAP təmsilçisi: “Təhlükəsizliyimiz də, maraqlarımız da, gələcəyimiz də birdir...”

YAP təmsilçisi: “Təhlükəsizliyimiz də, maraqlarımız da, gələcəyimiz də birdir...”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı Şövqi Həsənov bildirib. 

O bildirib ki, Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıdakı dövr üçün perspektivləri geniş şəkildə əks etdirir:

“Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanın mövqeyinin daha da gücləndiyini sübut edir. Dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. 

Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə dönüşməsi, milli maraqlarını müdafiə etmək üçün Fransa kimi böyük dövlətlərlə belə baş-başa gələ bilməsi, qalib ölkə kimi vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi dövlət vəziyyətinə gəlməsi kimi reallıqların dərk olunmasına vəsilə oldu. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı”. 

O xatırladıb ki, dövlət başçımız ümumi daxili məhsulun 4 faizdən çox artdığını, neft hasilatında tənəzüllə üzləşmədiyimizi, neft hasilatının azalmasının bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcəyini, qeyri-neft sənaye sektorunda artımın 7 faizdən çox olduğunu, iqtisadi sahədə dayanıqlı inkişafa nail olduğumuzu, büdcə xərclərinin 41 milyard manatdan çox olduğunu və s. xatırladıb: 

“Prezident İlham Əliyev müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi, işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinin yaxın bir-iki il ərzində yekunlaşacağını bildirdi. 

Ən çox vəsait bu layihələrə gedir. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. 

Həmçinin, əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir”. 

Müsahibədə diqqətçəkən məqamlardan biri də Qazax rayonunun dörd kəndinin Ermənistan işğalından azad edilməsi olub: 

“Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin hər hansı dialoqu mümkünsüz etdiyini və danışıqlar prosesindən yalnız işğalı davam etdirmək üçün bir alət kimi istifadə etdiyini bildirib. Qazaxın kəndlərinin azad olunması, delimitasiya və demarkasiya proseslərinin eyni vaxtda həyata keçirilməsi unikal hadisədir. 

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanı buna vadar edən əsas amillərdən biri Vətən müharibəsi və Azərbaycanın antiterror əməliyyatları olub. Bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir. 

Dövlətimizin başçısı Ermənistan hökumətinə onu da xatırlatdı ki, dünya sürətlə dəyişir və bu dəyişiklik heç də Ermənistanın xeyrinə deyil. Kanadada qəfil hökumət dəyişikliyi, Suriyada Əsəd rejiminin bədnam çöküşü həm də o deməkdir ki, Ermənistanın özünə müttəfiq saydığı ölkə rəhbərlərinin sırası getdikcə seyrəlir və bu proses böyük ehtimalla davam edəcək. 

Heç şübhəsiz, qonşularımız da bunu görür və artıq bilirlər ki, Azərbaycanın təbii və strateji müttəfiqi olan qardaş Türkiyənin bu prosesdə rolu və iştirakı müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, ötən il dekabrın 19-da ölkəmizin D-8 kimi nüfuzlu təşkilata üzv qəbul edilməsi Azərbaycanın artmaqda olan siyasi çəkisinə və etibarlı tərəfdaş statusuna göstərilən beynəlxalq ehtiramın təzahürüdür. Bu, ölkəmizin və şəxsən Prezident İlham Əliyevin növbəti böyük uğuru olmaqla yanaşı, həm də Ermənistanı kənardan idarə edən bədxahlarımızın çirkin oyunlarına və məkrli planlarına ən tutarlı cavabdır”. 

Azərbaycan Prezidentinin növbəti mesajından da həm Ermənistan hökuməti, həm də onun havadarları mütləq nəticə çıxarmalı olacaqlar: “Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq... Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də, maraqlarımız da, gələcəyimiz də birdir...”

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri