Icma.az
close
up
RU
YAP xalqın milli birliyini yaradan güclü partiyaya çevrilmişdir

YAP xalqın milli birliyini yaradan güclü partiyaya çevrilmişdir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulu Öndər Heydər Əliyev kimi görkəmli şəxsiyyətin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan cəmiyyətində böyük siyasi-tarixi hadisə idi. Ulu Öndər Heydər Əliyev o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi. Heydər Əliyev xalqın ərizəsini qəbul etsə də, partiyanı yaratmaq istəyən 550 nəfərlik təşəbbüs qrupunu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular, çünki o vaxt hakimiyyət bu partiyanın yaradılmasına əngəllər yaratmışdı. Bütün bu əngəllərə baxmayaraq Heydər Əliyev Bakıya gəlir. Azərbaycanın bütün bölgələrindən seçilmiş nümayəndələrin iştirak etdiyi konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarla partiyanın Proqram və Əsasnaməsi qəbul edilmişdir.

YAP-ın yaranması xalqın istək və arzularının təcəssümü kimi tarixi reallıqdan irəli gəlmiş, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub, inkişaf etmişdir. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən cəmiyyətin ən müxtəlif zümrələrinin YAP-a sürətlə axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdır.

Partiyamız ötən 32 il ərzində xalqın partiyası kimi fəaliyyət göstərib, milli və dövlətçilik maraqlarından çıxış edərək, müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük tövfələr verib. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Cənab İlham Əliyevin liderliyi ilə partiyamız çox böyük inkişaf yolu keçib. Amma Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin islahatlar kursu Yeni Azərbaycan partiyasını da əhatə edib. 2021-ci ilin mart ayında keçirilən VII qurultay partiyamızın həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul olundu, strukturunda ciddi dəyişiklər edildi, digər vacib qərarlar qəbul olundu. Bu gün partiyamız qarşıda dayanan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edib.

Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu partiya ümumxalq partiyasına çevrilib və cəmiyyətin bütün təbəqələri YAP-ın ətrafında birləşib.

YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaqdır. Azərbaycanın hərtərəfli yeniləşməsinin önündə gedən Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq rol, mövqe və nüfuzunu qoruyub saxlayacaqdır.

Yeni Azərbaycan Partiyası hazırda sıralarında 730 mindən çox üzvü birləşdirərək ölkənin avanqard siyasi qüvvəsi kimi respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. İllər öncə necə yaranmışdısa, bu gün Partiya sədri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksəlişə doğru inamla irəliləyir.Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan, ümumxalq partiyasına çevrilən, ölkəmizin əsas siyasi partiyası kimi çox böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaranmasının 32 ili tamam olur. Ötən bu illər ərzində Yeni Azərbaycan Partiyası çox önəmli və şərəfli yol keçmişdir. Yeni Azərbaycan Partiyası çoxpartiyalı sistemdə öz layiqli yerini tutmuş, cəmiyyətin əsas aparıcı siyasi partiyasına – ümumxalq, ümummilli partiyaya çevrilmişdir. Yeni Azərbaycan Partiyası da böyük nailiyyətlərə imza atıb. YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb, ona görə də qələbələr partiyası adlanır.

Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək və uğurlar qazanacaq. Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək!

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri