Icma.az
close
up
RU
Azərbaycan qlobal müstəvidə fəal investora çevrilmişdir

Azərbaycan qlobal müstəvidə fəal investora çevrilmişdir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Müasir dünya iqtisadiyyatının və geosiyasətinin mühüm dialoq platformalarından sayılan Bakı Enerji Həftəsi, öz təməlini və tarixi əsasını vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən strategiyası ilə reallaşdırılan Xəzər Neft və Qaz Sərgisindən götürmüşdür. Prezident İlham Əliyev cənabları  açılış mərasimindəki çıxışında bu tarixi təkamül prosesinə xüsusi toxunaraq bildirdi ki, otuz il əvvəl əsası qoyulan bu sərgi müasir müstəqil Azərbaycanın enerji inkişafının və iqtisadi müstəqilliyinin bünövrəsini təşkil etmişdir. Zaman keçdikcə bu layihə təbii bir inkişaf yolu keçərək regional çərçivələri aşmış, əhatə dairəsini genişləndirmiş və bu gün qlobal miqyasda ən aktual mövzuların, irihəcmli investisiya müqavilələrinin müzakirə edildiyi möhtəşəm bir foruma çevrilmişdir. Dövlət başçısı builki tədbirin həm də rəmzi və çox mühüm bir yubileylə üst-üstə düşdüyünü vurğuladış

Azərbaycanın dünya miqyasında nümayiş etdirdiyi etibarlı tərəfdaşlıq imici və rəsmi Bakının təşəbbüskarı olduğu meqa-layihələrin qlobal çəkisi tədbir zamanı oxunan beynəlxalq təbrik məktublarında öz aydın ifadəsini tapdı.

Möhtərəm Prezidentimiz  bu dəstəyə və tərəfdaşlığa görə təşəkkürünü bildirərək vurğuladı ki, Azərbaycan tərəfindən həyata keçirilən layihələr həm Şərqlə Qərb arasında nəqliyyat və enerji dəhlizlərini genişləndirir, həm də dövlətlərarası siyasi və iqtisadi etimadı möhkəmləndirir. Bu gün Bakı, qlobal iqtisadi böhranlar fonunda belə, beynəlxalq müqavilələrin şərtlərinə tam riayət edən və tərəfdaşlarının çətin anlarında onların enerji dayanıqlığını təmin edən qlobal bir mərkəz statusundadır.

Cənab Prezident qeyd etdi ki, hamımız eyni planetin sakinləriyik, gələcək nəsillər üçün iqlimi qorumalı, daha təmiz və sağlam ətraf mühit yaratmalıyıq. Azərbaycan bu məsələdə birtərəfli və radikal yanaşmalardan uzaq duraraq, ənənəvi karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi ilə bərpaolunan enerji sahələrinin paralel inkişafını nəzərdə tutan unikal və balanslaşdırılmış iqtisadi inkişaf modelini dünyaya nümayiş etdirir.Ölkəmizin təbii qaz ehtiyatlarının zənginliyi həm daxili tələbatı, həm də ixrac coğrafiyamızı ən azı növbəti yüz il ərzində tam təmin etməyə imkan versə də, Azərbaycan dövləti gələcək inkişafını yaşıl enerji strategiyası üzərində qurur.

Dövlət başçısı açılış mərasimində xüsusi olaraq qeyd etdi ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla tətbiq edilən yaşıl enerji zonası modeli artıq öz səmərəsini verməkdədir və bu təcrübə genişləndirilərək Naxçıvan Muxtar Respublikasında da tətbiq olunur, bura yaşıl enerji zonası elan edilir. Bu nəhəng bərpaolunan enerji resursları daxili istehlakı tam ödəməklə yanaşı, gələcəkdə Xəzər dənizindən birbaşa Avropaya uzanacaq strateji yaşıl enerji kabelləri və elektrik ötürücü xətləri vasitəsilə beynəlxalq bazarlara ixrac ediləcəkdir. Bakı Enerji Həftəsinin builki açılış mərasimini digər beynəlxalq forumlardan fərqləndirən əsas amil, onun təkcə nəzəri müzakirələrlə deyil, həm də strateji əhəmiyyətli praktiki addımlarla müşayiət olunması oldu.

Azərbaycanın enerji siyasətində baş verən ən böyük keyfiyyət dəyişikliklərindən birini də diqqətə çatdırdı. Əgər otuz il əvvəl Azərbaycan özünün neft və qaz yataqlarını işlətmək üçün xarici sərmayələri və beynəlxalq investorları ölkəyə cəlb etməyə çalışan bir dövlət idisə, bu gün düzgün qurulmuş daxili və xarici iqtisadi siyasət sayəsində Azərbaycan artıq özü qlobal müstəvidə fəal investora çevrilmişdir

Yekun olaraq qeyd etmək istəyirəm  ki, İlham Əliyev cənabları  2026-cı il 1 iyun tarixli çıxışı, Azərbaycan dövlətinin strateji vizyonunu və milli maraqlarını qlobal miqyasda qorumaq qətiyyətini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.Azərbaycanı yaxın onilliklərdə də Avrasiyanın geosiyasi və iqtisadi xəritəsində əvəzedilməz, sabit və innovativ bir qlobal güc mərkəzi kimi saxlamağa davam edəcəkdir.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyun 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri