Icma.az
close
up
RU
YAP Yasamal rayon təşkilatında

YAP Yasamal rayon təşkilatında

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında "14 İyul – Müasir Azərbaycanın Dövlətçilik tarixində yeri" mövzusunda gənclərlə görüş keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görüş iştirakçılarını salamlayaraq bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olub və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin sonrakı inkişaf yolunun əsası qoyulub. O qeyd edib ki, həmin dövrdən başlayaraq Azərbaycanda güclü sənaye potensialı formalaşdırılıb, iri infrastruktur obyektləri inşa edilib, elm, təhsil və mədəniyyət sahələrində əsaslı islahatlar aparılıb və milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilib.
Natiq vurğulayıb ki, məhz o illərdə minlərlə azərbaycanlı gənc keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilib ki, bu da sonradan müstəqil Azərbaycanın idarəçilik və elmi potensialının formalaşmasında həlledici rol oynayıb. Bəxtiyar Nəbiyev daha sonra bildirib ki, 1969-1982-ci illər Azərbaycanın sonrakı taleyi üçün strateji əhəmiyyət daşıyıb, belə ki, həmin dövrdə qoyulan möhkəm iqtisadi və insan kapitalı təməli, ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ağır sınaqlardan çıxmasında mühüm dayaq rolunu oynayıb. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı da əslində 14 iyul ənənəsinin – sabitlik, dövlətçilik və uzaqgörən siyasət ənənəsinin – məntiqi davamı olub. Natiq həmçinin diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu da öz kökləri ilə məhz 14 iyul ideyalarına söykənir.
Çıxışının sonunda Bəxtiyar Nəbiyev gənclərə müraciət edərək tariximizi dərindən öyrənməyin, tarixi hadisələrə obyektiv yanaşmanın və Ulu Öndərin ideyalarına sadiq qalmağın vacibliyini xatırladıb, gənc nəslin bu irsin layiqli daşıyıcısı olmasının zəruriliyini vurğulayıb.
Çıxış edən Milli Məclisin deputatı, Milli Məclisin Regional məsələlər, həmçinin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru Vasif Qafarov 14 iyul hadisəsinin tarixi-siyasi əhəmiyyətindən ətraflı danışıb. O bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan həm keçmiş İttifaq məkanında, həm də beynəlxalq arenada özünəməxsus simasını formalaşdırmağa başlayıb və bu proses müstəqillik illərində daha da inkişaf etdirilib. Natiq qeyd edib ki, həmin dövrdə milli kadr siyasətinin həyata keçirilməsi, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi və milli özünüdərkin gücləndirilməsi istiqamətində atılan addımlar sonrakı onilliklərdə xalqımızın müstəqillik uğrunda mübarizəsinə mənəvi zəmin yaratdı. O çıxışında xüsusi vurğulayıb ki, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında ardıcıllıq və varislik prinsipi əsas rol oynayıb – belə ki, 1969-cu ildə qoyulan təməl, 1993-cü ildə xalqın xilaskarlıq missiyası ilə davam edib və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə inkişaf etdirilir. Vasif Qafarov elmi faktlara istinadən bildirib ki, 14 iyuldan sonrakı dövrdə Azərbaycanda formalaşan dövlət idarəçiliyi təcrübəsi, kadr hazırlığı sistemi və beynəlxalq əlaqələrin qurulması modeli, ölkəmizin bu gün regionda və dünyada nüfuzlu mövqe qazanmasının əsas şərtlərindən biri olub. O həmçinin qeyd edib ki, tarixi hadisələrin gənc nəslə düzgün, elmi-obyektiv formada çatdırılması milli kimliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Çıxışının yekununda Vasif Qafarov gənclərə tarixi mənbələrlə tanış olmağı, tədqiqat aparmağı və milli-mənəvi dəyərlərə sadiq qalmağı tövsiyə edib.
Görüş dialoq – sual-cavab əsasında davam edib. Gənclər 14 iyul hadisələrinin tarixi kontekstdə əhəmiyyəti, müasir dövlətçilik ənənələrinin formalaşması prosesi və bu tarixin gənc nəslə çatdırılması yolları ilə bağlı suallar veriblər, çıxış edənlər isə ətraflı cavablar veriblər.
Sonda xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri